
Saatı sağ və ya sol qola taxmaq gündəlik həyatda hansı əlinizdən istifadə etməyinizdən asılıdır. Ümumiyyətlə, sağ əldən istifadə edənlər saatı sol ələ taxırlar. Gündəlik həyatda sağ əlindən istifadə edənlərin sayı daha çoxdur. Ona görə də saatı sağ ələ taxmaq müəyyən çətinliklər yaradır. Sağ qolunuza taxdığınız saata baxmaq sizə çətin ola bilər, çünki yazı yazmaqdan, kompüterdən istifadə etməkdən, qab yumaqdan, çay və qəhvə içməkdən sizi yayındıra bilər.
Qol saatı anlayışı XVI əsrdə meydana çıxmışdır. İstehsal edilən gündən qol saatları yalnız qadınların istifadə etdiyi aksesuara çevrilib. Amma bu gün diqqət etsəniz, kişilər üçün hədiyyə ideyaları arasında qol saatları əvəzolunmaz yer tutur. Kişilər XX əsrin əvvəllərinə qədər cib saatlarından istifadə edirdilər. Qol saatlarının orduda istifadəsi XIX əsrdə başlayıb. Onlar cib saatlarını çıxarıb vaxta baxdıqda bunun vaxt itkisi olduğunu anladılar, beləliklə, əsgərlərin qol saatlarından istifadəsi geniş yayıldı. Daha sonra "Əsgərlər qol saatını hansı qoluna taxırdılar?" kimi sual ortaya çıxır. Silahlarını sağ əlində saxlayan əsgərlər qol saatlarını sol qoluna taxmağa üstünlük veriblər. Təbii ki, solaxay əsgərlər də qol saatını sağ qoluna taxırdılar.
Bu gün çox istifadə edilən ağıllı saatlar, ümumiyyətlə, sol qolda da istifadə olunur. Ağıllı saatlar sensor ekrana malikdir.
Mənbə: Silversaat
Tərcümə etdi: Tərlanə Abdullayeva
