
Bir çox ölkələr elmi olaraq qəbul edilmiş metrik sistemdən istifadə etsə də, ABŞ hələ də düym, funt və qarış olan ölçü vahidlərindən istifadə edir. Dəyişiklik dəfələrlə gündəmdə olsa da, ABŞ vətəndaşlarının bu dəyişikliyi rədd edir.
1789-cu ildə Thomas Jefferson ölçü vahidlərini dəyişdirmək üçün ilk addımı atdı, lakin elm adamlarının dəstəyini ala bilmədiyi üçün uğurlu alınmadı.
1906-cı ildə telefonun ixtiraçısı Alexander Graham Bell konqresi razı salmağa çalışdı, lakin bu kifayət etmədi.
1968-ci ildə Konqres metrik sistemə keçmək üçün 10 illik planın təşəbbüskarı oldu, lakin dəyişikliyə mandat verilmədi. Əslində dövlətin ictimai həyata qarışmasından qorxan və qloballaşmanın əleyhinə olan kütlə xalq səsverməsinin əleyhinə oldu və dəyişiklik yenidən 45% səslə rədd edildi.
Bu gün metrik sistemlə bağlı əsas problem dəyişməyib. Dəyişən ölçü vahidlərinin faydaları göz ardı edilsə də, onun ictimai ünsiyyətə gətirəcəyi problem də narahatlıq doğurur. Başqa sözlə, istehsalçılar qablaşdırmadakı vahidləri dəyişə bilər.
Hətta dəyişikliyi dəstəkləyən ABŞ Metrik Sistemlər Assosiasiyasının (USMA) prezidenti Donald Hiller də uyğunlaşma prosesinin çətin və yorucu olacağını iddia edir. ABŞ-də qazlı içkilər hazırda litrlə, dərmanlar milliqramla, kiçik avtomobil hissələri isə millimetrlə ölçülür. Hillger dəyişikliyin qaçılmaz olduğunu bildirir və bunun yalnız vaxt aparacağını qeyd edir.
Mənbə: Olaybende
Tərcümə etdi: Tərlanə Abdullayeva
