Bu gün:

Bu üsulla dolmalar pambıq kimi yumşaq olur


Mədəniyyətimizin vazkeçilməz yeməklərindən olan və ölkəmizin hər bölgəsində özünəməxsus fərqlilikləri ilə bişirilən yarpaq dolmasının ən gözəl tərəfi ağızda dağılan dərəcədə yumşaq olmasıdır. Həm yarpaqları, həm də içliyini yumşaldan bu üsulu mütləq sınayın.

Yarpaq dolması hazırlayarkən içliyi yarpaqlara büküb qazana qoyduğunuz zaman qazana 1 şüşə adi soda əlavə etmək kifayət edər.  Soda ilə bişmiş yarpaq dolması yumşaq olacaq və həm yarpaqlar, həm də içliyi mükəmməl olacaq. Dadlı yarpaq dolması bişirmə üsulu:

 Lazım olan qidalar:

  •  500 qram üzüm yarpağı (təzə və ya turşu)
  •  İstəyə görə 500 qram qiymə mal əti və az miqdarda quyruq yağı
  •  Yarım stəkan düyü
  •  Yarım stəkan incə bulqur
  •  1 soğan
  •  2 diş sarımsaq
  •  2 xörək qaşığı tomat pastası
  •  1,50 xörək qaşığı çili pastası
  •  1 xörək qaşığı kərə yağı
  •  2 xörək qaşığı zeytun yağı
  •  Nar şərbəti və ya sumaq
  •  1 adi soda

Hazırlanması:

Əvvəlcə üzüm yarpaqlarını bir neçə dəqiqə qaynar suda qaynadın. Yarpaqları quruduqdan sonra düyünü yuyub başqa qazana qoyun.  Üzərinə su, duz, bulqur və zeytun yağı əlavə edib, az odda qaynayana qədər bişirin.  Bu vaxt zeytun yağı və kərə yağı ilə tavada xırda doğranmış soğanı qızardın.  Tomat pastası və istədiyiniz ədviyyatı əlavə etdikdən sonra qovurmağa davam edin. Sonra bir qabda düyü, qiymə və soğanı qarışdırın. Sonra içliyi yarpaqlara sarın və qazana qoymağa başlayın.  Ona adi soda əlavə edin. Az miqdarda limon suyu və üzərini örtəcək qədər su əlavə etdikdən sonra qazanın üzərinə boşqab qoyun və qapağı bağlayın.  Aşağı odda bişirə bilərsiniz.

Mənbə: Haberglobal

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et