Bu gün:

Qarabasan nədir?


Tibbdə yuxu iflici kimi tanınan qarabasan onu yaşayanlar üçün olduqca qorxulu ola bilər.

Qarabasan nədir?

Tibb ədəbiyyatında hipnopompik iflicin ekvivalenti olan qarabasan yuxu zamanı və ya oyandıqdan dərhal sonra qısa müddətdəə hərəkət edə bilməməkdir. Bu xəstəliyin yaranmasında həm fiziki, həm də psixoloji faktorlar təsirli ola bilər.

Qarabasan niyə olur?

Yuxuda kabus görmək yuxu pozğunluqları arasında ümumi problemlərdən biridir. Ümumiyyətlə, kabuslar kimi tanınan vəziyyət, əslində, tibbi olaraq müəyyən edilmiş yuxu pozğunluğunun bir növüdür. Xüsusilə də, işçilər iş stressi səbəbiylə yuxuda kabus kimi təsvir edilən hadisələri yaşaya bilərlər.

Yuxu iflicinin ən mühüm səbəbi  yuxu pozğunluğudur. Bu səbəbdən yuxu pozğunluğu olanlarda, növbəli işçilərdə, depressiya keçirənlərdə və müəyyən dərmanlardan istifadə edənlərdə daha çox görülə bilər.

Qarabasan müalicə oluna bilirmi?

Yuxuda kabus görmək müalicə edilə bilən bir problemdir. Yuxu iflicinin müalicəsində yuxuya keçidi təmin edən, dərin yuxunun keyfiyyətini artıran dərmanlardan istifadə edilir. Yuxu iflici olan insanların sakit qalması və bu vəziyyətin müvəqqəti olduğunu bilməsi çox vacibdir.

Yalnız antidepresanlar yuxu pozğunluğunun müalicəsində iştirak etmir, amma onlar əsas depressiyanı müalicə etdikləri üçün yuxu pozğunluğunu aradan qaldıra bilirlər. Bu dərmanları bir dostun şərhi və ya tövsiyəsi ilə başlamaq qətiyyən düzgün deyil. Dərmanların təsiri və ya yan təsirləri çox subyektivdir. İnsandan insana dəyişir. Bu səbəbdən heç bir dərmanı həkim məsləhəti olmadan istifadə etmək olmaz.

Mənbə: NTV

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et