
Bütün özünə kömək üsullarında olduğu kimi, 3-3-3 qaydası heç bir halda müalicəni əvəz etmir. Buna görə də, xroniki narahatlıqla qarşılaşırsınızsa, lazım olan müalicəni aldığınızdan əmin olmalısınız. Əgər çox düşünürsünüzsə və özünüzü narahat hiss edirsinizsə, 333 qaydasından istifadə edərək bu narahatlıqların öhdəsindən gəlməyi öyrənə bilərsiniz.
1. Görə biləcəyiniz 3 şeyə diqqət yetirin
Narahat hiss etməyə başladığınız an dayanmalı və görə biləcəyiniz üç şeyə diqqət etməlisiniz. Bu, qaydanın vizual hissəsidir və sizə daxili xaosdan qurtulmağa kömək edəcək. Ağac və ya stul kimi böyük şeylərə diqqət yetirmək asandır. Bəzi insanlar daha kiçik şeylərə diqqət yetirməyi üstün tuturlar. Çünki detallar onları əsaslandırmağa kömək edir. Amma düzünü desəm, diqqətinizi nəyə yönəltdiyinizin heç bir əhəmiyyəti yoxdur.
İstəyirsinizsə, istifadə edə biləcəyiniz üç əşya həmişə yanınızda ola bilər. Əslində, bəzi insanlar buna üstünlük verirlər, çünki bəzi əşyalar narahatlıq verir. Sadəcə beyninizi təmizləməyə çalışın və bu üç əşyadan başqa hər şeyi fikrinizdən uzaqlaşdırın. Tədricən, işlər bulanıqlaşmadan və ya sizi daha çox narahat etmədən hər şey yoluna girməyə başlayacaq.
2. Eşidəbiləcəyiniz 3 şeyə diqqət yetirin
İnsanlar narahat olduqda çox vaxt ətrafdakı səslərin fərqinə varmırlar. Bu pisdir çünki bu, intruziv düşüncələrin hədsiz dərəcədə böyüməsinə imkan verir. Daxili monoloqunuzu dinləməkdənsə, diqqətinizi eşitmə stimullarına yönəltmək üçün səy göstərmək daha yaxşıdır.
Bu, əvvəlki addımdan daha çətindir, çünki səsləri təcrid etmək çətin ola bilər. Misal üçün; Əgər adamla dolu küçədə gəzirsinizsə, minlərlə müxtəlif səsləri eşidə bilərsiniz. Bütün bu səslərlə daha çox qarışıqlığın qarşısını almaq üçün diqqəti fərqli səslərə yönəltməyə çalışın. Onlar sabit olsa, daha yaxşıdır. Misal üçün; Siqnal səsi yerinə avtomobil mühərriklərinin səsinə diqqət yetirin. Hər şeyi sadə saxlamaq üçün diqqətinizi eşitdiyiniz ən aydın səslərə yönəldin və fikrinizi təmizləməyə çalışın.
3. Toxunabiləcəyiniz və ya hərəkət etdirə biləcəyiniz 3 şeyə diqqət yetirin
Bu texnikada son addım toxuna və ya hərəkət etdirə biləcəyiniz üç şeyi tapmaqdır. Yenə də bu sizə zəmin yaratmağa və reallıqla uyğunlaşmağa kömək edir. Bu üç şeyin özəl və ya əlçatmaz olması lazım deyil. Kresloda oturursunuzsa, qalxıb otaqda olan bir şeyə toxunmaq lazım deyil.
Bu vəziyyətdə sahib olduğunuz hər şeydən, məsələn, bir paltardan yapışa bilərsiniz. Hətta qolunuza toxuna bilərsiniz. Toxunduğunuz obyektin əhəmiyyəti yoxdur. Əsas odur ki, diqqətinizi dünyaya yönəltməyə kömək edəcək bir dayağınız olsun. Bu, rahatlamağa və düşüncələrinizi sakitləşdirməyə kömək edə bilər.
Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova
