Bu gün:

Dəniz suyu dəri üçün faydalıdırmı?


Kimyəvi tərkibli heç bir dəriyə qulluq vasitəsi hamıya eyni təsir göstərmir. Təbii dəriyə qulluq hər gün daha çox populyarlaşır. Yayda ən çox təsirləndiyimiz təbii elementlər dəniz suyu və Günəşdir.

Tətil mövsümünün gəlişi ilə dənizə üz tutan bir çox insanların ağlına da eyni sual gəlir. Dəri duzlu suya məruz qalsa, nə olacağı ilə maraqlanılır. Duzlu su faydalıdır yoxsa zərərlidir?

"Dəniz suyunun möcüzəsindən dəriyə qulluqda kimlər faydalana bilər?", - deyə soruşsaq, bu siyahı sizi böyük bir yükdən xilas edə bilər. Dəriniz qurudursa, dəniz suyu dəri nəmliyini bərpa etməyə təşviq edir. O həmçinin ölü hüceyrələrdən xilas olmağa kömək edir.

Hamar bir dəriyə sahib olmaq xəyalınızdırsa, dəniz suyu sizi sevindirəcək. Dəniz duzunda olan maqnezium hidrat daha hamar və parlaq dərinin açarıdır. Həssas və sızanaqlara meyilli dəriniz varsa, dəniz suyu yenidən köməyinizə gəlir. Dəniz suyu iltihablı bölgələri sağaltmaqda və sızanaqları qurutmaqda çox təsirlidir.

Həmçinin duzlu su soyuqdəymə və qrip zamanı ağciyərlərdə və sinuslarda selik əmələ gətirir. Duzlu suyun yuxusuzluq üçün də faydalı olduğu bilinir.

Balans vacibdir yoxsa zərər verə bilər

Dəniz suyunun bir çox faydaları olduğu kimi, hər şeyin çoxu da zərərlidir. Duzlu suya həddindən artıq məruz qalma suda həll olunan duzun bədəninizə keçməsinə səbəb ola bilər. Bədəndə duz nisbətini artıraraq təzyiqi yüksəltdiyini və yüksək təzyiqin infarkt keçirdə biləcəyini bildirən mütəxəssislər dənizdə uzun müddət qalmamağı tövsiyə edirlər.

Dərinin duzla həddindən artıq təması dəridə quruluq və ekzemaya səbəb olduğundan nəmləndirmənin əksinə olaraq, mütəxəssislər duzlu suya 1 saatdan çox məruz qalmamağı tövsiyə edir.

Mənbə: Milliyet

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et