Bu gün:

İki planet eyni orbitdə fırlana bilərmi?


Planetin ətrafında fırlanan kiçik, qayalı göy cisimləri Günəş sistemində adi haldır. Məsələn, irili-xırdalı 12.000-dən çox qaya parçası Günəş ətrafında Yupiterlə eyni orbitdə fırlanır. Planetlə eyni orbiti paylaşan qaya parçaları astronomiyada troyan adlanır.

Günəş sistemində çoxlu Troya qaya parçaları olmasına baxmayaraq, Troya planetlərinə dair heç bir dəlil yoxdur. Halbuki iyirmi il əvvəl aparılan nəzəri araşdırmalar iki planetin eyni orbiti paylaşmasının mümkün olduğunu göstərmişdir. Buna görə də Günəş sistemindən kənarda kəşf olunmağı gözləyən çoxlu Troya planetləri ola bilər.

Troyanlar "Langrange zonaları" adlanan ərazilərdə yaşayırlar. Bir planet iki Langrange bölgəsi ətrafında fırlanır. Ulduz və planetin birləşmiş cazibə qüvvəsi Langrange bölgələrindəki materialların bu bölgələrdə tutulmasını təmin edir.

"Astronomy & Astrophysics"də dərc olunan son məqalədə bir qrup astronom Günəş sistemindən kənarda Troya planetlərinin varlığına dair ən güclü dəlillərə çatdıqlarını açıqlayıblar. 

Tədqiqatçılar Çilidəki ALMA teleskoplarının PDS 70 sistemi ilə bağlı keçmişdə topladığı məlumatları təhlil ediblər. Yerdən təxminən 370 işıq ili uzaqlıqda olan bu sistemdə PDS 70b və PDS 70c adlı iki nəhəng planet var. Nəticələr PDS 70b orbitinin Langrange bölgələrindən birində toz buludunun olduğunu göstərir. Bölgədəki ümumi toz kütləsi Aydan 0,03 ilə 2 dəfə arasındadır. Bu toz buludu formalaşma prosesində olan bir planetə aid ola bilər və ya formalaşmasını tamamlamış bir planetdən qalan ola bilər. Gələcək tədqiqatlar PDS 70b ətrafında fırlanan başqa bir planeti təsdiq edərsə, PDS 70 Troya planetlərinin olduğu bilinən ilk sistem olacaqdır. 

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et