
Axolotllar regenerasiya qabiliyyətinə malik metamorfik olmayan amfibiyalardır.
Onlar iki yaşamlı canlılardır, yəni amfibiyalardır. Axolotllar metamorfoza məruz qalmırlar. Sürfə mərhələsində olan quyruq, ayaq və qəlpələr metamorfoza məruz qalmadıqları üçün yetkinlik dövründə də görünə bilər. Bu vəziyyətə neoteniya deyilir.
Suda yaşayırlar. Ön və arxa ayaqlarından istifadə edərək gəzirlər. Başlarının hər iki tərəfində tüklü və çıxıntılı qəlpələri var. Tüklü qəlpələrindən və üzgəc formalı quyruqlarından istifadə edərək üzürlər. Göz qapaqları olmayan nadir canlılardan biridir.
Onlar qızıl, qara, qəhvəyi və qəhvəyi-yaşıl kimi müxtəlif rənglərdə ola bilərlər.
Ancaq albinoslar da var. Qurdlar, həşəratlar, xərçəngkimilər və balıqlarla qidalanırlar. Onlar Meksikada yüksək hündürlükdə şirin sulu dağ göllərində yaşayırlar.
Onların mühüm xüsusiyyətlərindən biri də bərpa etmək qabiliyyətidir. Beyni, qolları, ayaqları və bütün digər orqanları bərpa edə bilərlər. Bu gün tədqiqatçılar bu xüsusiyyətləri regenerativ tibb sahəsində istifadə etmək üçün ətraflı şəkildə araşdırırlar.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
