Bu gün:

Ən maraqlı canlılar: Şimal şəffaf qurbağası



Fleischmannın şüşə qurbağası kimi də tanınır. Ən əhəmiyyətli xüsusiyyəti qarın hissələrinin şəffaf olmasıdır. Beləcə onların qarın boşluğundan ürək, ağciyər və bağırsaq kimi orqanlar görünə bilər. Bədənləri çəmən yaşılıdır, dərilərində kiçik sarımtıl yaşıl və ya sarı ləkələr var. Onlar barmaq ucu boyda kiçik canlılardır. Onların ölçüləri 19 mm-32 mm arasında dəyişir. Qara göz bəbəklərinin ətrafından qızılı iris keçir. Yapışqan torlu ayaqları ilə bir anda 3 metrdən çox tullana bilirlər. Gecələr aktiv olan şimal şüşə qurbağaları Meksika, Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır.


Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et