Bu gün:

Doğulduğunuz aya görə uyğun olan gül


Ad günlərində və xüsusi günlərdə gül hədiyyə etmək ənənəsi Romalılara gedib çıxır. Çiçəklər müxtəlif fəsillərdə və müxtəlif aylarda böyüdükləri üçün bir-biri ilə əlaqələndirilir. İnsanların doğulduğu aylarda böyüyən çiçəklərə “doğum çiçəyi” deyilir. Doğum ayınıza görə çiçək seçimi:

Qərənfil isti qış aylarının çiçəyi kimi tanınır. Yanvarın ən davamlı çiçəyidir. Sevgi, cazibə və ləyaqəti təmsil edir. Yanvar ayında doğulmusunuzsa, yaşayış yerinizi qərənfillərlə bəzəyə bilərsiniz.

Fevral ayında sevgililər günü olduğuna görə, əslində, bu ayın hədiyyəsinin gül olduğunu düşünə bilərsiniz. Fevral bənövşə gülü ilə əlaqələndirilir. Bənövşə gülü sədaqəti və təvazökarlığı təmsil edir.

Nərgiz bahar və yenilənmə ilə əlaqələndirilir və martın doğum çiçəyi kimi tanınır. Yenidən doğulmağı və hörməti təmsil edən bu çiçək mart ayında doğulanlara verilə biləcək çiçəklərdəndir.

Noxud çiçəyi sulu yarpaqları ilə sevgi, gənclik və məsumluğu təmsil edir. Bənövşəyi yarpaqları ilə ətrafı gözəlləşdirir, apreldə doğulanların çiçəyidir.

May ayında doğulan insanların çox zərif olduğu deyilir. Buna görə də bu ayda doğulanların doğum çiçəyi lütf və təqdirin nümunəsi zanbaqdır.

İyun ayında doğulanların çiçəyi xanıməlidir. Sevgini, minnətdarlığı təmsil edən xanıməlinin otağa girən kimi bütün ətrini hiss edirsən. Xoş qoxusu ilə insana müsbət düşüncələr bəxş edir. 

Bənövşəyi, mavi və ağ çiçəkləri olan delphinium çiçəyi sevinci təmsil edir. Rəngarəng çiçəkləri ilə evinizə sevinc qatır və içinizi açar. Buna görə delphinium iyul ayında doğulanların çiçəyidir.

Gladiolus çiçəyi qarğa qılıncı kimi də tanınır. Dürüstlük və ləyaqəti təmsil edir. Avqust ayında doğulanlar məsafəli ünsiyyət qursalar da, gladiolus çiçəyi kimi zərif olduqları düşünülür.

Sentyabrın doğum çiçəkləri aster və myosotisdir. Bu çiçəklərin səbri, lütfü və xatirələri təmsil etdiyi düşünülür. Bənövşəyi, yarpaqlı çiçəklər sentyabr ayında doğulan insanlara hədiyyə edilə bilər.

Oktyabr ayında doğulanların bir az sərt görünüşlü olduğu düşünülsə də, bilirsiniz ki, onlar yumşaq ürəklidirlər. Buna görə oktyabrın doğum çiçəyi möhkəmlik və səmimiyyətin nümunəsi olan marigolddur.

Noyabrın doğum çiçəyi xrizantemadır. Sevinci, şəfqəti və dostluğu təmsil edən xrizantema noyabr ayında doğulan insanlara hədiyyə edilərək, bu ayı gözəlləşdirir.

Dekabrın doğum çiçəyi ilin son ayı, qırmızı yarpaqları və kəskin görünüşü ilə poinsettiadır. Uğuru təmsil edən bu çiçək ili uğurla başa vurmaq istəyənlərə hədiyyə edilə bilər.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 




Paylaş
Şərh əlavə et