Bu gün:

Ölkələrin, şəhərlərin simvolu olan çiçəklər


Çiçəklər sevgi, sədaqət, xoşbəxtlik kimi bir çox şeyi təmsil edir. Bundan əlavə, bəzi çiçəklər müəyyən şəhər və ölkələrin simvollarıdır. Bunun səbəbini şəhərin əsas hekayəsi ilə əlaqələndirmək olar. 

Qəbiristanlıq zanbağı kimi tanınan süsən çiçəyi 12-ci əsrdən Fransanın gerbindədir. Yunan mifologiyasında tanrıların mesajlarını çatdıran və ölü qadınların ruhunu cəhənnəmə aparan ilahə İris kimi tanınır. Buna görə də iris çiçəyi, əslində, ölümü təmsil edir. 

Latın dilində "Acacia pycnantha" kimi də tanınan qızıl mimoza toxumu ətirli, kiçik sarı çiçəkləri olan kol bitkisidir. Bu çiçəyin Avstraliyanın simvolu olmasının səbəbi onun bölgədə məskunlaşan insanların həyatlarını qurmalarına kömək etdiyi düşüncəsindədir. Şayiələrə görə rayona ilk məskunlaşan insanlar bu bitkidən həm ev tikmək, həm də müxtəlif alətlər hazırlamaq üçün istifadə ediblər.

İki ölkə arasında paylaşılması mümkün olmayan jasmin çiçəyi kiçik, ulduzlu formaları və möhtəşəm qoxusu ilə ən çox sevilən çiçəklər sırasındadır. Ağ rəngi və zərif görünüşü ilə saflığı və sülhü simvollaşdırır. Ərəb jasmini kimi də tanınır. 

Paylaşmaq mümkün olmayan çiçəklərdən biri də lalədir. Mənşəyi Osmanlı dövrünə qədər uzanan lalə oradan Macarıstana, oradan da Hollandiyaya qədər uzanır. 1600-cü illərdə satılan lalə Türkiyə və Hollandiyanın ən əhəmiyyətli simvolları arasındadır. Əslində, lalənin Türkiyədə nə qədər məşhur olduğunu bayramlardan, köhnə qəbir daşlarından, müxtəlif əşyalar üzərində işlənmiş lalə simvollarından anlamaq olar. 

İstehsal baxımından Rusiyaya aid olan günəbaxan Ukraynanın milli çiçəyi olaraq görülür. Bərəkət və günəşin enerjisini əks etdirən bu çiçək daim günəşi izləyən və başını aşağı salıb gecələr yuxuya gedən görünüşü ilə Ukrayna xalqını məst edir. 

Bu gün ən çox sevilən çiçəklərdən biri olan orxideya Honq Konqun simvoludur. 25.000-dən çox növü olan orxideya gözəlliyi və bihuş edici ətri ilə bütün dünya tərəfindən yetişdirilən çiçəkdir.

Yapon dilində sakura kimi tanınan albalı çiçəkləri Yaponiyanın milli çiçəyidir. Yazda qısa müddətə çiçək açan və çox kövrək olan bu gül Yaponiya xalqı tərəfindən sevilir. Xrizantema yüz illərdir ki, Yapon kral ailəsinin simvolu kimi tanınır. Əslində, hər il qeyd olunan “Xoşbəxtlik festivalı” xrizantemalara həsr olunub.

Danimarkanın rəsmi milli çiçəyi olmasa da, kraliçanın sevimli çiçəyi kimi tanınan çobanyastığı çiçəyi milli simvol olaraq qəbul edilib. 

Nərgiz çiçəyi Qallerin qoruyucusunun bayram günü olan martın 1-də çiçək açması səbəbi ilə ölkənin milli çiçəyi seçildi. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə


Paylaş
Şərh əlavə et