Bu gün:

Lavinia nə deməkdir?


Lavinia, yoxsa lavinya? 

Sözün orijinal forması "lavinia"-dır. Lakin tələffüz asanlığına və dil qaydalarına görə türkcədə “lavinya” kimi tələffüz edilir. Hər iki istifadə uyğundur.

Lavinya çiçəyinin mənası nədir? 

Lavinya çiçəyi "müşk çiçəyi" və ya "ölüm çiçəyi" kimi tanınan zərif və ətirli çəhrayı çiçəkdir. Ölüm çiçəyi olduğu üçün məcazi mənada “əlçatmaz, ün yetməz” mənasında işlənir. Ən çox Aralıq dənizi ətrafında yetişir. 

Lavinya nə deməkdir? 

Lavinya və ya müşk çiçəyi kimi tanınan bu gözəl bitki Qədim Romada baş vermiş kədərli hadisədən sonra ölüm çiçəyi adlandırılıb. Bu çiçəyin hekayəsi Şekspirin "Titus Andronik" əsərində var.


Lavinya çiçəyinin hekayəsi 

Lavinya Roma imperiyasının baş komandanı Titusun gözəl qızıdır. Öləndə şəhərdən uzaqda bir təpədə dəfn edilir. Aylar sonra onun məzarı üzərində bir çiçək görünür. Bölgədə yaşayanlar həmin çiçəyi “Lavinya” adlandırırlar.

Lavinya kimə yazıldı, hekayəsi nədir? 

Özdəmir Asəf bu şeiri Məvhibə Məziyət Bəyat üçün yazıb. Asəf Bəyata universitetdə tələbə olarkən aşiq olub və bu şeiri ona yazıb. Bu şeirlə müsabiqədə qalib gələn Asəf Bəyatı şeir oxuyarkən zaldan çıxdığını görür və hisslərini gizlətməyə qərar verir. Asəfin sevgisi platonikdir, çünki Bəyat rəssam müəllimi Ədib Hakkı Kösəoğlu ilə eşq yaşayır.


Özdəmir Asəfin "Lavinya" şeiri 

Sənə get deməyəcəyəm.

Üşümüsən, gödəkçəmi götür.

Bunlar günün ən yaxşı saatlarıdır.

Mənimlə qal.

Sənə get deməyəcəyəm.

Onsuz da bilirsən.

Yalan istəyirsənsə, yalan danışaram

İnciyərsən. 

Sənə get deməyəcəyəm

Amma getmə, Laviniya.

adını gizlədəcəm

Bilmirsən, Laviniya

1957

Mənbə: Sabah 

Tərcümə etdi: Nuran Əhmədzadə 





Paylaş
Şərh əlavə et