İsveç hökuməti ictimai asayiş və daxili təhlükəsizliyə qarşı ciddi təhdidlərin mövcud olduğunu əsas gətirərək, ölkənin daxili sərhədlərində nəzarət tədbirlərini yenidən tətbiq etmək qərarına gəlib. Reuters agentliyinin məlumatına görə, bu qərar altı ay müddətində qüvvədə olacaq.

24media.az Reuters-ə istinadən xəbər verir ki, İsveç hökumətinin açıqlamasında bildirilir ki, qərarın əsas səbəblərindən biri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində Avropada yaranmış mürəkkəb təhlükəsizlik vəziyyətidir. Rəsmi qurumlar bu vəziyyətin Şengen zonasında hibrid təhdidlərin və təhlükəli fəaliyyətlərlə məşğul olan qrupların sayının artmasına səbəb olduğunu qeyd edirlər.
Yeni sərhəd nəzarəti tədbirləri 12 noyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək və 11 may 2027-ci il tarixinədək davam edəcək. Bu müddət ərzində müvafiq qurumlar ölkəyə daxil olan şəxslər üzərində zəruri yoxlamalar həyata keçirə biləcəklər.
İsveç hökuməti bu addımın əsas məqsədinin ölkənin daxili təhlükəsizliyini qorumaq və mümkün təhdidlərin qarşısını almaq olduğunu vurğulayıb.
Emiliya Vəlicanova
