Füsunkar görünüşü ilə hər kəsi valeh edən kosmos çiçəyi olduqca maraqlıdır.
Meksika ulduzu kimi də tanınan kosmos çiçəyi ilkin olaraq Meksikada yetişdirilib. İstiliyi sevən və ən şiddətli istiyə davamlı olan kosmos çiçəyi susuzluğa da çox davamlıdır. Sulu yaşıl yarpaqları arasında rəngarəng çiçəkləri ilə parlayır. Görünüşü ilə belə sehirlənən kosmos çiçəyinin baxımı və xüsusiyyətləri də çox maraqlıdır.

Kosmos çiçəyinə qulluq edə bilmək üçün onun suvarılmasından tutmuş budamağa qədər bütün detalları bilmək lazımdır. Çünki bütün detallar bir-birinə bağlıdır. Nəzər yetirmədiyiniz hər bir detal çiçəyin inkişafı üçün problemlər yarada bilər. Məsələn, budamaq prosesinin edilməməsi çiçəyinizdə dağınıq bir görünüş, eyni zamanda, müxtəlif xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır. Buna görə də kosmos çiçəklərinə qulluqda hər bir detal çox vacibdir.
İstilik sevən bir bitki olan kosmos çiçəyi gündə ən az 4 saat günəş işığı görməməlidir. Nə qədər çox günəş işığı görsə, inkişafı bir o qədər sağlam olar. Kosmos çiçəyi tam kölgədə və ya yarı kölgəli yerlərdə böyüyə bilər. Ancaq belə bir yerdə yalnız bir neçə solğun çiçək sizi müşayiət edəcəkdir. Buna görə də çiçəyinizi yerləşdirərkən isti və günəşli bir yerə üstünlük verməlisiniz. Külək və güclü yağışlardan qorunmağa ehtiyacı olan kosmos çiçəyi bu mövzuda çox həssasdır. Zərif quruluşu ilə əlavə diqqət tələb edir.
Çox torpaq ayırd etməyən kosmos çiçəyinə evdə qulluq edirsinizsə, qida ilə zəngin torpaqlara üstünlük verməlisiniz. Saxsıda istifadə edəcəyiniz torpaq üçün bolca qumla qarışdırılaraq adi hala salınması kifayət edər. Ancaq torpağı çox gübrələməməlisiniz. Əks təqdirdə, çiçəklər daha az görünəcəkdir.
Kosmos çiçəyinin torpağını seçərkən 6,5 ilə 7,5 arasında olan pH dəyərinə diqqət yetirmək lazımdır. Kosmos çiçəyi suvarma üçün də çox az tələblər qoyur. Torpağın quruluğuna baxaraq sulamağın vaxtı gəldiyini anlaya bilərsiniz.
Ancaq suvarma detalında diqqət etməli olduğunuz bir vəziyyət var. Kosmos çiçəyi gəncdirsə, daha çox nəmə ehtiyac duyacaqları üçün adi haldan bir az daha çox suvarma tələb edə bilər. Əlbəttə ki, bitkiniz yaxşı yetişdirilmiş bir növdürsə, daha az suvarma daha dəqiq olacaq, çünki daha quru olmağa üstünlük verəcəkdir. Bütün dibçək çiçəklərində olduğu kimi, suvarılmağa çox həssasdır. Əhəngdən mənfi təsirlənməyən bu çiçək üçün krandan və ya yağış suyundan suvarma edilə bilər.
Kosmos çiçəklərinin çoxalması yalnız səpinlə baş verir. Payızda toplanan toxumlar oktyabr ayına qədər sərin və quru yerdə saxlanılır. Sonra əkin yaz aylarında baş verir və aprel ayına qədər çiçək açır. Digər açıq hava növlərinə nisbətən çox daha sürətli böyüyən kosmos çiçəyi gözəlliyi ilə hər kəsi heyran edir. Siz açıq məkanlarınızda gül səbətinə kosmos çiçəkləri əkməklə unikal görüntü yarada bilərsiniz.

Kosmos çiçəyinin xüsusiyyətləri
Hər çiçəkdə olduğu kimi, kosmos çiçəyinin də xüsusiyyətləri onun saxlanması üçün çox vacibdir. Kosmos çiçəyinin qayğısı və xüsusiyyətləri haqqında bəzi xüsusi təfərrüatlar var. Əvvəlcə qulluq edəcəyiniz çiçəyin xüsusiyyətlərini bilməli, sonra isə onun qayğısına diqqət etməlisiniz. Kosmos çiçəyi:
Orta hesabla 30 növdən ibarət botanika cinsinə aiddir.
Kosmos çiçəyinin tüklü yarpaqları var.
Baxımına görə dəyişsə də, boyu 50-120 santimetr arasında dəyişir.

Kosmos çiçəyinin hekayəsi
Çobanyastığı fəsiləsindən olan bu çiçək özünəməxsus naxışları ilə eyni ailənin digər çiçəklərindən fərqlənir. Güllərin möhtəşəm görünüşü və xoş qoxusu ilə kainat mənasını verən kosmos adlanır.
Kosmos çiçəyinin mənası nədir?
Kosmos sözü yunanca gözəl və bəzəkli deməkdir. Kosmos çiçəyi "sevgi çiçəyi" kimi tanınır. Canlı rəngləri və xoş qoxusu olan bu unikal gözəl çiçək sülh və təvazökarlıq mənalarını çatdırır.
Kosmos çiçəyi nə vaxt çiçək açır?
Kosmos çiçəyi yaz və yay aylarında çiçək açır. Qışın son şaxtasından sonra torpağa əkilmiş cücərtilər yazda və yayda sürətlə inkişaf edir.
Mənbə: Her yer bitki
Tərcümə etdi: Nuran Əhmədzadə
