Rusiya ordusunun hava hücumları nəticəsində Ukraynanın Kiyev və Dnepropetrovsk vilayətlərində təxminən 280 min ailənin elektrik enerjisiz qaldığı bildirilib.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında ölkənin enerji infrastrukturuna qarşı hücumlar barədə məlumat verib. Zelenskinin sözlərinə görə, Kiyevdəki istilik elektrik stansiyası, Dnepropetrovsk vilayətində isə dörd elektrik yarımstansiyası hücuma məruz qalıb. Bundan əlavə, dəmir yolu infrastrukturu və təbii qaz paylama müəssisəsi də hədəf alınıb Hücumlar nəticəsində Dnepropetrovsk vilayətində təxminən 200 min, Kiyev vilayətində isə 80 mindən çox ailə elektrik enerjisiz qalıb. Ukrayna Prezidenti ölkəsinə qarşı hücumların dayandırılması üçün Rusiyaya sanksiyaların tətbiq edilməsinin və Ukraynaya yeni dəstək paketlərinin ayrılmasının vacibliyini vurğulayıb.
Fidan Mənsimova
