Polşada hökumətlə Konstitusiya Məhkəməsinin yüksək vəzifəli hakimləri arasında artan qarşıdurma fonunda məhkəmənin binasına çevik polis qüvvələri cəlb edilib.
24media.az BBC News saytına istinadən xəbər verir ki,bu münaqişə Baş nazir Donald Tuskun hökuməti ilə onun sələfləri olan sağçı Hüquq və Ədalət partiyası arasında baş verir.
Ədliyyə naziri Valdemar Jurek məhkəmənin sədri Boqdan Şvyonçkovski və sədr müavini Bartlomey Sohanşkinin hakim toxunulmazlığının ləğv edilməsini tələb edib. Nazir onların cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Nərmin Nəcəfova
