Bu təklifləri nəzərə alaraq gününüzü enerjili keçirə bilərsiniz.

Əgər çox yorğunsunuzsa, özünüzü daha da yormayın. Əvvəlcə bir az dincəlin.
Qəhvəni normada için

Mütəxəssislərin fikrincə, alışdığınızdan daha çox və ya daha az kofein qəbul etmək sizi narahat və yorğun edə bilər
Uzanın

Körpəniz üçün oyuncaqlar və kitablar alın.Onunla birlikdə yerə uzanın. Siz dincələn zaman yanınızda olmaqdan xoşbəxt olacaq.
Özünüzə vaxt verin

Çox yorğun olduğunuz zaman özünüzü pis hiss etməyin. İşlər siyahısını yenidən qurun. Vacib olmayan işləri sonraya saxlayın.
Hər kər bir az dincəlməlidir

Körpəniz gün ərzində yuxuya getdiyi zaman, nə qədər tez yuxuya getdiyinizə və enerjili oyandığınıza təəccüblənəcəksiniz.
Bol maye içmək

Susuzluq sizi həmişəkindən daha yorğun edə bilər. Gündə təxminən bir litr maye (tərəvəz, meyvə suyu və süd, qəhvə və çay daxil olmaqla) içməyə diqqət yetirin.
Yeməkləri unutmayın

Bişirməyə və yeməyə vaxtınız olmasa belə, 1 dilim tam taxıllı çörək və pendir diqqətinizi daha yaxşı cəmləyəcək və sizə enerji verəcək
Şirniyyatda çox sərt olmayın

Yeməkdən sonra mədənizdə ara-sıra desert üçün yeriniz olsa belə, ac qarnına şirin qidalar qəbul etmək böyük enerji çökməsinə səbəb olacaq.
Erkən yatmaq

Yataq vaxtlarını bir az irəli aparın. Əgər siz və körpəniz bir az tez yatsanız, növbəti səhər daha təravətli oyanarsınız.
Mənbə:Habertürk
Tərcümə etdi:Samirə İsmayılova
