Bu gün:

Evin enerjisini necə artırmaq olar?


Evinizdəki enerjini yeniləmək və evin enerjisini artırmaq üçün etməli olduğunuz bəzi işlər var.

Evimiz ən çox vaxt keçirdiyimiz və ruhumuza ən çox təsir edən yerdir. Evimizin enerjisi nə qədər yüksək olarsa, bir o qədər müsbət hiss edirik. Enerji Təlimçisi Sevgi Keleş xoşbəxt və pozitiv ola bilməyimiz üçün bəzi texnikaları bölüşüb.

1.Evin müntəzəm olaraq havalandırılması

İki saatlıq fasilə ilə on dəqiqəlik məkanın havalandırılması evin enerjisini yeniləyir. Təmiz hava içəridə yığılan mənfi ağırlığın dağılmasına və evi daha şən enerji ilə doldurmasına imkan verir. Bu minimum vaxtdır. Lazım gələrsə, havalandırmanın müddəti və tezliyi daha da artırıla bilər.

2.Pərdələri və ya jalüzləri açıq saxlamaq

Evimizə nə qədər çox günəş işığı düşsə, bir o qədər pozitivləşəcək. Gün işığı enerjiyə birbaşa təsir edir. İstifadə etmədiyiniz otağın pərdələrini açmaq evin enerjisinə çox təsir edəcək.

3.Rənglərin enerjisindən istifadə

Hər rəng insanda fərqli hiss yaradır. Yumşaq rənglər daha çox sakitlik verir, canlı əsas rənglər isə daha ehtiraslı və enerjili hiss etdirir. Çox tünd rənglər evin enerjisini sıxışdıra bilər. Sizi şadlandıran rənglərin və əşyaların birləşməsi evin enerjisini artıracaq.

4.Artıq əşyalardan qurtulmaq

Evimizdə nə qədər çox əşya olarsa, müsbət enerji dövrləri bir o qədər az olar. Evdən istifadə olunmayan əşyaları çıxarıb ehtiyacı olanlara vermək evinizin enerjisini dəyişdirəcək. Həyatımızdakı xaosu və qarışıqlığı minimuma endirmək üçün qol çantamızdan tutmuş evimizin bütün əşyalarına qədər hər şeyi nəzərdən keçirməliyik.

5.Təbii daşlardan istifadə

Tərkibindəki minerallar sayəsində təbii daş, içində olduğu mühitin enerjisini artırma xüsusiyyətinə malikdir. Kristal daş qrupundan olan ağ kvars və sitrin daşını evimizin qonaq otağında saxlamaqla həm enerjini artırır, həm də evimizə bolluq enerjisini çəkirik.

6.Təmizləmə zamanı enerjinin artırılması

Təbii təmizləyici materiallardan istifadə etmək, xüsusilə də bir az ağ sirkə əlavə etmək enerjinin çevrilməsi üçün idealdır. Lavanda və qızılgül qoxuları yüksək tezlikli qoxulardır. Qonaq otağımızda və koridorumuzda bu qoxuları və çiçəkləri yerləşdirməklə də enerjimizi yeniləyə bilərik.

7.Evdəki mənfi enerjilərin təmizlənməsi

Evdə mənfini tez təmizləmək üçün bir çimdik adaçayı və çobanyastığı yandırmaq olar. Xüsusilə, mənfi bir müzakirədən sonra enerjinin evdə oturmaması üçün bunu tətbiq etmək vacibdir. Evimizə girəndə yaranan hiss evimizin enerjisidir. Nə qədər gözəl duyğular toplaya bilsək, öz həyat rahatlığımızı bir o qədər artıra bilərik. Bədənimiz və ruhumuz evimizin enerjisi ilə qidalanır.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş