Bu gün:

Paltarlar necə yuyulmalıdır?


Hər kəsin paltar yumaq ilə bağlı şəxsi fikirləri və texnikaları var. Amma bu 15 maddəyə də nəzər salmağınızı məsləhət görürük.

Paltarlarınızı təmiz və gözəl saxlamaq üçün etməli olduğunuz ilk şey onları düzgün yumağı öyrənməkdir. Bu proses zamanı sevimli paltarlarımızı məhv edən 15 ümumi səhvi təqdim edirik:

1. Yanlış qruplaşdırma

Rənglərlə yanaşı, parça növünə də diqqət yetirmək lazımdır. Məsələn, yun paltarlar ayrıca yuyulmalıdır. Dəsmalları isə sintetik paltarlarla qarışdırmaq olmaz.

2. Səhv üsullarla ləkələrin çıxarılması

Ləkələri vəhşicəsinə ovmaq həvəskarısınızsa, parçada yeni bir dəlik görəndə təəccüblənməyin. Onları yumşaq bir şəkildə yumaq lazımdır. Bundan qorunmağın ən yaxşı yolu ləkənin üzərinə ağ parça qoymaq və onu islatmaqdır. 

3. Çox camaşır yuyucu tozdan istifadə

Bu hərəkət nəticəsində çoxlu köpük yığılır. Nəticədə köynəyin yaxası kimi yerlərdə kir yığılır. Paltarınızın daha çox çirklənməsini istəmirsiniz, elə deyilmi?

4. Zəncirbəndlərə fikir verməmək

Paltar yuyulmadan əvvəl zəncirbəndlər sona qədər çəkilməlidir. Əks halda, zəncirbəndin dişləri digər paltarları asanlıqla zədələyə bilər.

5. Çox ağardıcı istifadə

Ağardıcı parçaların dayanıqlığını azaldır. Onların asanlıqla qopmasına səbəb olur. Buna görə də qaynatmaq üsulu daha faydalıdır. Bunu böyük bir qazan və bir neçə damcı limon suyu ilə edə bilərsiniz.

6. Düymələr açılmalıdır

Köynəklərinizin düymələrini açmağı heç vaxt unutmamalısınız. Əks halda, düymələr düşə bilər.

7. Bikini paltarlarının maşında yuyulması

Heç vaxt çimərlik paltarı və bikini kimi spandeks və ya elastandan hazırlanmış paltarları paltaryuyan maşında yumamalısınız. Əl ilə soyuq suda yumaq daha yaxşıdır.

8. Paltaryuyan maşının istirahətinə icazə verilməsi

Bəzi istifadəçilər düşünür ki, paltarların dəfələrlə yuyulması maşına zərər verəcək. Əslində, onlar səhv düşünürlər. Paltaryuyan maşının fasiləsiz işləməsi elektrik enerjisini azaldır, çünki maşın əvvəlki partiyanın qalıq istiliyindən istifadə edir.

9. Yastıq və yorğan üçün qısa bir proqramın icrası

Əgər lələk yastıqlarınızı və ya yorğanlarınızı maşında yuyacaqsınızsa, qısa proqramı açmayın. Tüklər köpüyü tuta bilər. Yastıqlarınız isə sabunlu qalar.

10. Paltarları çeşidləmədən yumaq

Paltaryuyandan sonra ən yorucu işlərdən biri də corab axtarmaqdır. Niyə əvvəlcə corabları yumağa cəhd etmirsiniz? Nəticəni mütləq bəyənəcəksiniz.

11. Dəsmallar üçün yumuşadıcıdan istifadə

Bu kimyəvi komponentlər parçaların udma qabiliyyətini azaldır. Buna görə dəsmallarda istifadə etməsəniz, daha yaxşı olar.

12. Birdən çox paltar yumaq

Paltaryuyan maşını çox doldurmamalısınız. Çünki maşın zədələnə bilər.

13. Anorak geyimlərin yanlış üsulla yuyulması

Bu paltarların quruluşunu qorumaq üçün maşının içərisinə üç tennis topu qoyun. Onlar, həmçinin köpükdən qurtulmağa kömək edəcəklər.

14. Çox bahalı bir yuyucu vasitənin istifadəsi

İstifadə etdiyimiz yuyucu vasitələrin çoxunun ucuz əvəzediciləri var. Məsələn, duz paltarları parlaq edir, təbaşir ləkələri çıxarmağa kömək edir. Paltar sabunu ağardır və ləkələri yox edir. Limon suyu paltarları daha yumşaq və ətirli edə bilir.

15. Paltaryuyan maşına diqqət yetirin

Paltaryuyan maşına qulluq etmək çox vacibdir. Unutmayın ki, bir çox maşınlarda yuyucu toz bölməsi portativdir. Xüsusi diqqətli olmalısınız, çünki içəridə yuyucu vasitə qalıqları ola bilər. Maşınınızı ildə bir dəfə sirkə ilə işlədin. Bu yolla nasazlığın qarşısını ala bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş