Həyat bəzən nəzarətdən çıxa bilər. Daha planlı olmaq üçün bəzi məsləhətlər var:
1.Prioritetlərinizi bilin
Məktəbdə və ya işdə prioritet vəzifələrinizin fərqində olun. Təcili layihələr təxirə salınmamalıdır. Bunlara diqqət yetirin. İşinizi bitirdikdən sonra daha çox vaxtınızı hansı sahələrə sərf etdiyinizi düşünün. Prioritetlərinizi bilmək həyatınızı idarə etməyi asanlaşdıracaq. Sizi dramdan uzaq saxlayacaq.
2.Vaxtınızı düzgün bölün

Vaxtınızı düzgün bölmək həyatınızı asanlaşdıracaq. Kağız və ya ağıllı telefonunuzun təklif etdiyi imkanlar vaxtınızı planlaşdırmağa kömək edəcək.
3.Siyahı yaradın

Alış-veriş siyahısı kimi gələcək ehtiyaclarınızın və gözləntilərinizin siyahısını tərtib edin. Yaxşı təşkil edilmiş siyahılar sizə vizual bir işarə verəcəkdir. Əgər artıq belə bir vərdişiniz varsa, hər gün üçün prioritet tapşırıqlarınızı müəyyənləşdirin. Gün irəlilədikcə onları vurğulayın və ya işarələyin və siyahıda olanları həyata keçirin.
4.Qısa yollar yaradın

Həyatınızı sadələşdirməyin başqa bir yolu etdiyiniz iş üçün qısa yollar yaratmaqdır. Texnologiyanın imkanları sonsuzdur və onlardan istifadə edərkən özünüzü çaşdırmağa imkan verməyin. Gün ərzində ən çox istifadə etdiyiniz proqramların qısa yolları hazır olmalıdır ki, hərəkətiniz sürətlənsin.
5.Rutinlərə sahib olun

Həyatınıza nəzarəti hiss etməyin ən yaxşı yollarından biri bəzi rutinlərə sahib olmaqdır. Rutinlərin əsas ideyası insanların özlərini təhlükəsiz və rahat hiss etmələridir - hər şey planlaşdırıldığı kimi gedir.
6.Sosial mediadan istifadəni məhdudlaşdırın

Bu gün sosial mediaya o qədər vaxt ayrılır ki, bu, bir asılılıq kimi elmi araşdırmaların mövzusudur. Sosial media etməli olduğunuz işi təxirə salmaq üçün ən böyük bəhanəniz ola bilər. İnternetdə lazım olduğundan çox vaxt keçirməyin, virtual həyatla real həyatı qarışdırmayın.
7.Dostlarınızı çevrənizə görə ayırın

İş yoldaşlarınız sosial həyatınızda nə qədər çox olarsa, işlər bir o qədər mürəkkəbləşir. İş və şəxsi həyatınızı bir-birindən ayrı saxlamaq üçün xüsusi səy göstərin. Həmkarlarınızın gözündə peşəkarlığınızı itirmək istəmirsiniz, elə deyilmi?
8.Doğru insanlarla vaxt keçirin

Kiminlə vaxt keçirməli olduğunuzu düzgün müəyyənləşdirməyiniz vacibdir, çünki vaxtınız dəyərlidir. Bu qərarı qəbul etməyinizi asanlaşdıracaq bəzi suallar:
• Onun yanında özünüzü rahat hiss edirsiniz? Əgər çox işləyirsinizsə, hər gün istirahət etmək üçün vaxtınız olmaya bilər, ona görə də iş saatları xaricində özünüz olmaq çox vacibdir.
• Bir şey sizi əsəbiləşdirəndə danışa bilirsinizmi? Həqiqəti olduğu kimi paylaşa biləcəyiniz insanlarla vaxt keçirməlisiniz. Maska taxdığınız insanlarla vaxt keçirmək mənasızdır.
• Onunla özünü xoşbəxt və razı hiss edirsən?
• Sizinlə səmimidirlər? Dostlarınızın sizin qədər dürüst olmaları çox vacibdir. Həqiqət hər zaman eşitməyi sevmədiyiniz bir şey ola bilər, amma dostunuz bunu sizə söyləmək üçün səmimi olmalıdır.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
