Bütün bədəni pulcuqlarla örtülmüş və özlərini qorumaq üçün top formasını əmələ gətirə bilən panqolinləri bilirsinizmi?

Panqolinlər pulluməməligillər ailəsinə aid canlılardır. Onlar Afrika və Asiyanın tropik bölgələrində yaşayırlar. Onlar, ümumiyyətlə, yarımquraq səhra bölgələrində, eləcə də tropik ağaclar və iri kol bitkiləri olan ərazilərdə yaşayırlar.
Qarın nahiyəsindən başqa, onların bütün bədəni insan dırnağına bənzər üst-üstə düşən, keratinləşdirilmiş pulcuqlarla örtülmüşdür. Onun pulcuqları dırnaq kimi davamlı olaraq böyüyür. Onların rəngi açıq qəhvəyi, tünd qəhvəyi, zeytun yaşılı və tünd qəhvəyi arasında dəyişir. Onların uzunluğu 30-90 santimetr arasında dəyişir. Onların çəkisi 33 kiloqrama çatır. Başları qısa və konus şəklindədir. Pəncələr uzun, əyri və güclüdür. Pəncələri sayəsində torpaqda asanlıqla qarışqa yuvası və yuva qaza bilirlər. Bəzi növlər ağaclara dırmaşmaq üçün də caynaqlarından istifadə edirlər.
Panqolinlərin maraqlı xüsusiyyətləri nələrdir?
Onların dilləri çanaq sümüyünə bağlıdır, kifayət qədər uzun və əzələlidir və yapışqan maye ilə örtülmüşdür. Onların dişləri yoxdur. Qarışqalardan qorunmaq üçün gözlərini, qulaqlarını və burun dəliklərini bağlaya bilərlər. Müdafiə üçün qalın və pullu quyruqlarından istifadə edirlər. Afrika qara qarınlı panqolin və Çin panqolini ağaclara dırmaşa bilir. Panqolinlər bədənləri xəz əvəzinə pulcuqlarla örtülmüş yeganə məməlilərdir.
Panqolinlər nə yeyirlər?
Qidalarının 90-95%-ni qarışqalar, qalan hissəsini isə termitlər təşkil edir. Onlar əsasən gecələr ov edirlər. Tək bir yetkin panqolin ildə 70 milyon həşərat yeyə bilər.
Panqolinlər qış yuxusu yatırlar mı?
Yalnız Çin panqolinləri qışı qarışqa yuvalarının yaxınlığındakı dərin yuvalarda keçirir. Ancaq bu, tam qışlama deyil.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
