Bu gün:

Yaradıcılığı inkişaf etdirmək üçün 5 məsləhət


Yaradıcılığı inkişaf etdirmək indi daha vacibdir. Hansı bölmədə oxumağınızdan, hansı peşəni seçməyinizdən asılı olmayaraq, yaradıcı olmaq sizi həmişə fərqli edir. Yaradıcı olmaq insanın həyatına və ətrafına rəng qatır. Ona görə də yaradıcı düşünə bilən insanlara hər zaman ehtiyac var. Ən sistemli və rəsmi peşələrdə belə fərqli düşünən insanlar həmişə daha uğurlu olublar. Başqalarının görmədiyi perspektivlərə sahib olmaq sizi həm təhsilinizdə, həm ictimai, həm də peşə həyatınızda çox uğurlu nöqtələrə apara bilər və siz başqasına ilham verə bilərsiniz. 

Sual soruş

Suallar vermək problemi aydın başa düşmək və həll yolu tapmaq üçün ilk addım olmalıdır. Vəziyyətə uyğun olaraq düzgün sualları verməlisən. Sadə və düzgün suallar sayəsində zehniniz dağılmayacaq və fikirlərinizi daha çox cəmləyə bilərsiniz. Yaradıcılığınızı artırmaq üçün problemə "niyə" və "necə" suallarını verməklə çoxlu yaradıcı düşüncə yarada bilərsiniz.

Axtar

Fikir yaratmaq istədiyiniz problem və ya mövzu üzərində araşdırma aparmaq daha çox perspektiv görmək deməkdir. İnsanların fərqli pəncərələrdən nə etdiklərini görərək ilham ala bilərsiniz. Araşdırma təkcə başqalarının nə etdiyini müşahidə etmək deyil. Fikir yaratmaq istədiyiniz mövzunu hərtərəfli araşdıraraq daha çox məlumat əldə edə bilərsiniz. Beləliklə, bilikləriniz artır və sorğu-sual qabiliyyətiniz inkişaf edir.

Ümumi mədəniyyəti artırın

Ümumi mədəniyyətinizi artırmaq həyatınızın hər sahəsində sizə çox şey verəcəkdir. Ümumi mədəniyyəti yüksək olan insanlar adətən təşəbbüs göstərirlər. Bunun üçün çoxlu kitab oxumaq, çox yer görmək, filmlərə baxmaq, dinləmək və bir çox başqa fəaliyyətlərlə məşğul olmaq lazımdır. Ümumi mədəniyyətinizi artırarkən çox əylənə bilərsiniz. Siz əylənərkən öyrənə, özünüzü daha yaxşı ifadə edə və insanlarla danışmaq üçün ümumi mövzular tapa bilərsiniz. Getdiyiniz yerlər və baxdığınız filmlər sizə ideyalar verir və yeni şeylər yaratmağa imkan verir.

Beyin fırtınası

Yaradıcılığı inkişaf etdirmək üçün beyin fırtınası çox vacibdir. Beyin fırtınası ilə beyninizin dərinliklərindəki fikirləri ortaya çıxara bilərsiniz. Burada diqqətli olmağınız lazım olan şey zehninizi azad etmək və düşüncələrinizi blok etməməkdir. Nə qədər ki, siz özünüzü məhdudlaşdırırsınız, ideyalarınız da məhdud olacaq və yaradıcı ola bilməzsiniz. Fərqli düşünmək üçün fikirləriniz həddindən artıq və ya qeyri-mümkün olsa belə, təmkinsiz təsəvvür edin. Nə qədər çox xəyal edirsinizsə, beyin əzələləriniz bir o qədər çox işləyir və yaradıcılığınızı təkmilləşdirirsiniz.

Maarifləndirmə

Ətrafınızda baş verənləri izləmək, təbiəti seyr etmək, mənzərəni seyr etmək, səsləri dinləmək dünyanı və özünüzü müşahidə etmək, yaradıcılığınızı canlandırmaq üçün ən təsirli üsullardan biridir. Hamımız bilirik ki, əksər sənətçilər ilhamın daxili səsini dinləmək üçün dünyanı müşahidə edirlər. Baxmaqdansa, görməyə üstünlük verənlər üçün hər şey ilham mənbəyidir. Texnologiya sahəsində təbiətdən ilham alan bir çox ixtiralar görürük. Ətraf mühiti müşahidə etməklə siz yeni ideyalar yaradırsınız və fərq yaradırsınız.
Yaradıcılıq bildiklərinizi bilmədiklərinizlə birləşdirməkdir. Həyatınızın hər sahəsinə yaradıcılıq gətirmək və fərq yaratmaq, peşəkar və sosial həyatınıza yeni rənglər əlavə etmək üçün bu addımları izləyə bilərsiniz. Hər kəs yaradıcı düşüncəli doğulmur, lakin siz sərhədləri götürüb ağlınızı dinlədiyiniz zaman yaradıcılığın inkişafı qaçılmazdır.

Mənbə:come to.gelişim.com

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et