
Sevdiyiniz insanlarla səyahətə çıxmazdan əvvəl bəzi məsələlərə diqqət yetirməkdə fayda var. Xoş və yadda qalan səyahət üçün bəzi şeyləri bilmək faydalıdır.
Səyahət məqsədini nəzərdən keçirin
Hər səfərin müəyyən bir mövzusu və ya məqsədi var. Mədəniyyət turu, qastronomiya turu, macəra turu kimi bir çox variant arasında "İstədiyimiz kimi səyahət edəcəyik" desəniz belə, ümumiyyətlə, səyahət planınız olsun. Səfəri təşkil etməzdən əvvəl dostunuzla bu səfərdən gözləntiləriniz, nə etmək istədiyinizi və ya heç vaxt etməyi düşünmədiyiniz şeylər barədə danışın. Ümumiyyətlə, hansı şeyləri xəyal edirsiniz, hansı mövzularda bir-birinizə asanlıqla uyğunlaşa bilərsiniz, yola çıxmazdan əvvəl prinsipləri müəyyənləşdirin.
Əlavə xərcləmə büdcələriniz haqqında açıq danışın
Birlikdə gedəcəyiniz səyahət büdcənizi planlaşdırdıqdan sonra əlavə xərcləri müəyyən edin. Getdiyiniz şəhərdə təbiət qoynunda edə biləcəyiniz fəaliyyətlərdən danışın.Maraqlı muzeylər, konsertlər və ya fəaliyyətlər, ekstremal idman növləri üçün hansı büdcəyə ehtiyac ola biləcəyini müəyyən edin.Bəzi insanlar sadəcə yemək və içməyə diqqət yetirmək istəyirlər. Digərləri suvenir və ya ikinci əl mağazalarında vaxt keçirməyi xoşlayır. Son dəqiqə sürprizlərinin qarşısını almaq üçün səyahət yoldaşınızla büdcəniz barədə danışın.

Pulsuz fəaliyyətlər tapın
Balanslaşdırılmış büdcəniz olsa belə, əlavə fəaliyyətlərə xərcləmək bəzən hər iki tərəf üçün problem ola bilər. Səfərinizi daha da gözəlləşdirmək üçün hər iki tərəfin büdcəsini aşmayacaq pulsuz fəaliyyətlər tapın. Əgər getdiyiniz şəhərdə xüsusi tədbirlər keçirilirsə, onlara qatılın. Aşağı büdcəli və ya pulsuz fəaliyyətlər sizə müxtəlif qruplardan olan insanlarla tanış olmaq imkanı verir. Ödənişsiz mühitlər hər kəsi rahat hiss edir.

Bir-birinizə boş vaxt verin
Yaxın dost və dostlar kimi səyahətə çıxmağınız o demək deyil ki, ara-sıra boş vaxtınız ola bilməz. Bir dostla səyahət etmək həyəcanlı və əyləncəli olsa da, yol yorğunluğu, fasiləsiz birlikdə olmaq və gözlənilməz hadisələr sizi sıxa bilər. Hər kəs zaman-zaman tək qalmalıdır. Səfərin emosional olaraq yorucu olmaması üçün bir-birinizdən tək oturmaq, yatmaq, gəzintiyə çıxmaq kimi fasilələr vermək hüququnu tələb edin.
Yeməkdə razılaşın
Səyahət zamanı yemək və restoran seçimi mühüm məsələdir. Bir-birinizi yaxşı tanıyan iki dost olsanız belə, xüsusilə xaricdə edəcəyiniz yemək seçimləri,dadmaqda maraqlı olduğunuz küçə ləzzətləri sizin üçün problem yarada bilər. Fərqli dadları sınamaq və mətbəxdə macəraçı olmaq istəyirsinizsə, birlikdə planlaşdırın.Lazım gələrsə, növbə ilə yeni dadları sınayın. Biriniz fast food , digəriniz isə tərəvəz əsaslı yemək istəyə bilər. Restoran seçimlərini son dəqiqəyə buraxmayın.
Birlikdə gündəlik saxlayın
Səyahət etdiyiniz dostunuzla iki səyahət bloggeri kimi olmaq mümkündür. Siz artıq öz sosial media hesablarınızdan canlı yayımlar, hekayələr və yazılarla səyahətinizi paylaşırsınız.Hətta gələcəkdə qatılacağınız yeni macəraları bura əlavə edə bilərsiniz. Səyahətinizi sosial mediaya keçirmək istəmirsinizsə, gündəlik tutmaq belə sizdə xoş xatirələr buraxa bilər.
Gözlədiyiniz kimi deyilsə, narahat olmayın
Səyahət sürprizlərə açıq bir təcrübədir.Hər bir səyahət planında problem ola bilər. Əgər biriniz dəyişiklikdən qorxursa, vasvası və ya utancaq bir xasiyyətə malikdirsə, uğursuzluqlar qarşısında stress keçirə bilər. Dostlar, xüsusilə, çətin anlarda bir-birlərinə dəstək olurlar. Bir-birinizin güclü tərəflərini, dəstək tələb edən cəhətlərini tanıyın və lazım gəldikdə bir-birinizə emosional kömək edin.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə ismayılova
