Kim istəməz ki körpəsinin gözəl xatirələrini saxlamasın? Bu xatirələri əbədiləşdirmək üçün fərqli, lakin maraqlı ideyalar var.
Dünyaya yeni bir insan gətirmək , əlbəttə ki, ömür boyu unudula bilməyəcək bir təcrübədir.O nu daha yaxşı xatırlamaq və əbədiləşdirmək mümkündür. Özünüz və körpəniz üçün xatirə saxlamaq istəyirsinizsə, sizə bəzi təkliflərimiz var.
Nostalji vəziyyət
Körpənizin ilk geyimi, o balaca ayaqqabıları, heç yerə atmadığı oyuncağı, əmziyi, ilk fotoşəkili gələcəkdə nostalji hislər yaradacaq. Gizlətmək istədiyiniz bir çox şeyləri rəsmə çevirib qoruya bilərsiniz.
Hər yaş bir iz buraxır
Körpənin əlinin şirinliyinə heç kim müqavimət göstərə bilməz. O balaca əlləri həmişə xatırlamaq üçün əl izlərindən rəsm çəkə bilərsiniz. Hər ad günündə bunu təkrarlamaq çox emosional bir hədiyyə ola bilər.
Həmişə əl-ələ
Bütün ailə üçün çəkəcəyiniz əl izi tablosu olduqca mənalı ola bilər. Bu körpəni tutan əllərin daim ona dəstək olacağını bildirir.
İlk dəfə tutduğunuz kimi
Körpənizi qucağınızda tutduğunuz ilk vaxtı əbədi xatırlamaq istəyirsiniz? Körpənizin doğum ölçüsünə və çəkisinə görə ilk paltarları ilə hazırlanmış bu suvenir oyuncaqlar bunun üçündür.
Xatirələrə bürünən yuxu
Körpəniz sürətlə böyüdükcə bir çox paltarlar eyni sürətlə köhnəlir. Bütün bu sevimli paltarları gizlətmək istəyinizi daha gözəl bir şeyə çevirə bilərsiniz. Köhnə paltar parçalarından düzəldəcəyiniz yorğan bir çox xatirələri eyni anda saxlamağa imkan verəcək.
Dünyaya ilk ayaq basan
Körpəniz həm sözün həqiqi, həm də məcazi mənasında ayaq üstə durmağı öyrəndikdə sizdən daha xoşbəxt insan olmayacaq. Bu xoş anı əbədiləşdirmək üçün bir iz saxlamaq olar. O sizi həmişə bu xoşbəxt ana qaytaracaq.
Gündəlik tutun
Hər gün yeni bir şey öyrəndiyi dövrdə hisslərinizi bir gündəliyə yazın. O, gələcəkdə eyni emosionaları sizə yenidən yaşadacaq.
Körpənizin saçındakı bəzək əşyaları

Zinət əşyalarına bir tutam körpə saçı qoyaraq hər zaman yanınızda saxlaya bilərsiniz.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
