Bu gün:

Doğuş üçün ən təhlükəsiz yaş aralığı 23-32-dir


Macarıstanın Semmelveys Universitetinin alimləri apardıqları araşdırmalar zamanı qadınların uşaq sahibi olması üçün ən təhlükəsiz yaş aralığının 23-32 olduğunu müəyyən ediblər. 

Doğuş anomaliyalarının "ən az rast gəlinən" olduğu "10 yaş aralığını" müəyyən etməyə çalışan tədqiqatçılar 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş aralığı olduğunu müəyyən ediblər.

Yaş artdıqca körpələrdə doğuş anomaliyaları artır

Araşdırmalar zamanı, həmçinin məlum olub ki, ananın yaşı artdıqca körpələrdə Daun sindromu, ürək xəstəlikləri, dodaq və damaq sındırmaq kimi hallar daha çox müşahidə olunur.

Dodaq və damaq yarmaq riski gənc yaşda dünyaya gələn körpələrdə 9 faiz olaraq müəyyən edilsə də, 32 yaşdan yuxarı olan hamiləliklərdə bu risk 45 faiz idi.

Məlum olub ki, anadangəlmə həzm sisteminin pozulması riski 23-32 yaş aralığına nisbətən gənc yaşda dünyaya gələn anaların körpələrində 23 faiz, 32 yaşdan yuxarı uşaq dünyaya gətirən qadınların körpələrində isə 15 faiz çoxdur.

Əvvəlki araşdırmalar genetik pozuntularla ana yaşı arasındakı əlaqəni təsdiqləsə də, xromosomal olmayan anomaliyalarla ana yaşı arasındakı əlaqəyə dair tədqiqatların olmaması müşahidə olunur.

Mənbə: EnSonHaber

Tərcümə etdi: Samirə Kərimli


Paylaş
Şərh əlavə et