Meteor yağışlarının nə vaxt baş verəcəyi günün ən çox axtarılan mövzuları arasındadır. İlin ən əhəmiyyətli hadisələrindən biri olan Perseid meteor yağışı müəyyən günlərdə sıx şəkildə yaşanır və müşahidə oluna bilir.

Perseid meteor yağışı ən məşhur meteor yağışlarından biridir. Perseid meteor yağışı həm də axan ulduz kimi tanınır. Perseid meteor yağışı Perseus bölgəsində müşahidə edildiyinə görə belə adlandırılmışdır.
Perseid meteor yağışları 1992-ci ildə Yerin yaxınlığından keçən Svift-Tuttle kometinin qalıqlarıdır. Bu meteor yağışları hər il eyni vaxtda Yerin Günəş ətrafında orbiti zamanı bu kosmik toz buluduna rast gəldiyi zaman müşahidə olunur. Hər il iyulun sonu - avqustun əvvəllərində müşahidə oluna bilən hadisə ən çox avqustun 12-dən avqustun 13-nə keçən gecə müşahidə olunur.
Mənbə: Hürriyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
