Bu gün:

Yerin fırlanma sürəti dəyişsə, nə baş verər?


Yerin fırlanma sürətini müəyyən edən bir çox amillər var. Bu amillərin başında ulduzların mövqeyi və yerdən uzaqlığı dayanır. Bundan başqa yer qabığındakı hərəkətlilik fırlanma sürətini təyin edən əsas amillərdəndir.

Aparılan araşdırmalarda son 300 ildə yerin fırlanma sürətinin artdığı müəyyən edilib. Bunun ən böyük səbəbi iqlim böhranına səbəb olan qlobal istiləşmədir. Qlobal istiləşmənin təsiri qütb buzlaqlarının əriməsinə və fırlanma sürətinin artmasına səbəb olub. 

Yerin fırlanma sürəti nədir və saatda neçə km-dir?
Yerin fırlanma sürəti 1670 kilometrdir. Günəş ətrafında fırlanma sürəti təxminən 107 min km-dir. Yerin orbital sürəti əvvəlki illərlə müqayisədə azalıb. Bunun ən böyük səbəbi Günəşlə  arasındakı məsafənin artmasıdır.

Yerin fırlanma sürəti artıb və ya azalanda nə baş verir?
Dünyanın sürətinin daha sürətlə olması bir çox problemlərin yaranmasına səbəb ola bilər. Bir çox alimlər hətta Yerin cəmi bir neçə kilometr daha sürətli fırlanmasının peyk rabitəsinə mənfi təsir edəcəyini iddia edirlər.

Yerin 50-60 kilometr sürətlə fırlanması mərkəzdənqaçma və cazibə qüvvələrinin dəyişməsinə səbəb olur. Eyni zamanda, ayın cazibəsi nəticəsində çəkilmiş suların ekvatordan yerin mərkəzinə doğru hərəkət etməsinə səbəb olur. Bütün bunların nüvə fəlakətləri qədər dağıdıcı təsirləri ola bilər. Planetimizin fırlanma sürəti fəsillərin və günlərin müddətini təyin edən yeganə meyardır. Sürətin artırılması günlərin 24 saatdan az sürməsinə, müəyyən mənada günlərin çox qısalmasına səbəb olur. Bu da insanın ortalama ömrünü azaldır.

Fırlanma sürətinin artırılması və ya yavaşlatılması zəlzələ, daşqın və sunami kimi fəlakətlərin daha ciddi şəkildə yaşanmasına səbəb olur.

Mənbə: Hürriyet

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et