
Hər dəqiqə dünyanın hər yerində kiçik və ya böyük zəlzələlər olur.Bəzilərini hiss etmirik,amma bəzilərinin çox dağıdıcı nəticələri ola bilər. Bəs zəlzələ deyilən bir şey olmasaydı? National Geographic 2018-ci ildə dərc etdiyi məqalədə bizim üçün bu suala cavab verir.
Alimlər bir gün dünyada zəlzələlərin sona çatacağını proqnozlaşdırırlar. Zəlzələlər dayandıqda,dağ silsilələri, vulkanlar və torpaqlar da formalaşmağı dayandıracaq və bəlkə də bildiyimiz kimi Yer kürəsinin sonu gələcək.
Yer kürəsində hələ də oksigen və atmosfer olacaq, lakin daha zəlzələlər olmayacağına görə, zaman keçdikcə külək bütün strukturları məhv edəcək. Nəhayət, düz əraziyə çevrilən qitələrin çoxu su altında qalacaq. Bir çox vulkanlar mövcud olmayacaq. Plitələri əmələ gətirən və Yer səthindən 2900 kilometr aşağıda qalan mantiya da soyuduğu üçün Yer də Merkuri kimi soyuq və ölü planetə çevriləcək.

Başqa bir ssenari kimi isə soyuducu mantiya Yerin maqnit sahəsini tənzimləyən daxili nüvəsini də soyudacaq və bununla da planetin qoruyucu maqnit sahəsinin pisləşməsinə səbəb olacaq. Bu, Günəşin atmosferi daha asan deşməsinə və okeanlardakı suyun buxarlaşmasına səbəb olacaq.
Mənbə: Habertürk
Tərcümə etdi: Lamiyə Cənnətzadə
