Bu gün:

Distopiya nədir?


Distopiya hər şeyin, əsasən, pessimist olduğu gələcəyin uydurmasıdır. Utopiya termini ilə daha çox tanış olduğumuz üçün distopiya deyiləndə bir çoxumuz dayanır və bunun nə demək olduğunu soruşuruq.


Necə ki, utopiya gələcəyin optimist əhval-ruhiyyədə qurulduğu və hər şeyin istədiyimiz kimi davam etdiyi bir dünya olduğu kimi, distopiyanın da əks mənası var.

Zombi epidemiyaları, yadplanetlilərin işğalları, aclıq, təbii fəlakətlər və bir çox başqa şeylərin, demək olar ki, apokalipsisin olduğu bir dünyanın dizaynı distopiya olaraq təyin olunur. Adı çəkilən uydurmaların bir çoxu bütün dünyanı əhatə edən epidemiyalarla əlaqəli olsa da, bəziləri avtoritar və ya totalitar rejimlərlə də xarakterizə olunur.

Əslində, dünyanın ən tanınmış distopik roman nümunələrində bəhs edilən bu vəziyyətin izlərini görmək mümkündür. Əgər fantastikanın nə qədər qorxulu olduğunu bilirsinizsə, distopiyanın gərginliklə dolu dünyasına daha yaxından baxmaq istəyə bilərsiniz.

Distopiya termini dilimizdə tam olmayan söz olsa da, işlədildiyi məna baxımından çox cəlbedici bir hadisədir. İlk dəfə Con Stuart Mill tərəfindən istifadə edilən bu termin söz mənası kimi "pis yer" fenomeninə istinad edir. Məşhur inancın əksinə olaraq, utopiyanın əksi kimi birbaşa tərcümə edilə bilməyən distopiya gələcəyin pis forma alacağı sabahları ifadə edir. 

Utopiya sözün mənası baxımından qiymətləndirildikdə qeyri-mümkün layihə və ya ideyadır. Etimoloji cəhətdən yunanca "topos" sözünün "yer" mənasını verdiyi görülür. "Topos" sözü “eu” şəkilçisi ilə işləndikdə “yaxşı yer” , “ou” sözü ilə əmələ gələndə isə “mövcud olmayan yaxşı yer” şəklini alır.

Bu məqamda demək olar ki, utopiya mütəfəkkirin təsəvvürünə gətirdiyi ən yaxşı yerdir. Yunanca "dys/dis" sözü "pis və xəstə" kimi tərcümə olunur. Bu da oxşar bir nöqtədən çıxış edərək, demək olar ki, distopiya mütəfəkkirin nəzərdə tutduğu ən xəstə və pis yerdir.

Mənbə: Ceotudent

Tərcümə etdi: Xədicə Qiyas







Paylaş
Şərh əlavə et