Bu gün:

Bakıda hansı kitab evi və kafelər var?


Dünyada son illərin ən məşhur məkanları sırasında kitab evləri və kafelər ( book & cafe) yer alır. Fransa, Belçika, Argentina, Meksika, Portuqaliya, Danimarka, ABŞ, İrlandiya kitab evi və kafelər ilə məşhurdur. 

Bəs Azərbaycanda hansı kitab evi və kafelər var? 

İçərişəhər kitab evi və kafe

"İçərişəhər book house & cafe" 2013-cü il 23 oktyabrda yaradılıb. Həftənin bütün günləri saat 11:00-dan 22:00-a qədər fəaliyyət göstərir. Elmi tədqiqatlara dəstək, ətraf mühitin qorunması və təbii irs üçün sevginin aşılanması, eləcə də kəşf ruhunun təşviqi işinə həsr olunmuş ictimai iaşə obyekti və ictimai maarifləndirici məkandır. "İçəri şəhər kitab evi və kafe" yazıçılar, ziyalı şəxslər, alimlər və digər qruplar arasında müzakirələrə kömək etmək və cəmiyyətin ziyalı təbəqəsi ilə gənclərin görüş imkanını təmin etmək məqsədi daşıyır. Məkanda müxtəlif tədbirlər, o cümlədən seminarlar, doğum günləri, masterklasslar, görüşlər, əyləncəli oyunlar keçirmək mümkündür. Bunun üçün öncədən əlaqə nömrəsinə zəng edib, məkanı sifariş etməlisiniz. Dostlarla sakit bir görüş və ya kitablarla vaxt keçirə biləcəyiniz, düşünmək, oxumaq, müzakirə etmək üçün əlverişli məkanlardan biridir. Kafedə kitab və ya dərs oxumaq, kompüteri gətirib işləmək üçün sakit, rahat atmosfer və internet var. Kitabların, fonda səslənən həzin musiqi əhatəsində asudə vaxtlarınızı dəyərləndirə bilərsiniz. Kafedə yerli, xarici filmlər, animasiyalar izləyə bilərsiniz. Məkanın instagram səhifəsində nümayiş olunacaq filmin adı, hansı gün, nə vaxt nümayiş olunacağı qeyd olunur. Film izləmək üçün heç bir ödəniş etmirsiniz. Yalnız menyudan nə sifariş etsəniz, onun hesabını ödəyirsiniz, yəni giriş ödənişsizdir. Kinolara baxmaq üçün qeydiyyat lazım deyil. Sadəcə yarım saat öncə gəlib yer tutmağınız tövsiyə olunur. İstənilən kitabı kirayə götürə və ya kafenin qonağı olarkən oxuya bilərsiniz. Kitab kirayəsi şərtləri:

Kitab götürərkən kitabın dəyəri qədər girov pul qoyursunuz. Əgər üzərinizdə pul yoxdursa, sənədinizi də qoya bilərsiniz. Kitabı qaytararkən pulunuzu və ya sənədinizi sizə verirlər. 1 həftəlik kitab kirayəsi 1 manatdır. 

Məkan vegeterian insanları da düşünüb. Menyuda vegeterian tost da var. Məkanda dostlarınızla oyun da oynaya bilərsiniz. Oyunlar - şahmat, şaşki, monopoliya, uno, dəniz oyunu pulsuzdur. "Ecofront batareya" lahiyəsi çərçivəsində bir neçə məkana, eləcə də "İçərişəhər kitab evi və kafe" yə batareya toplamaq üçün qutu qoyulub. Yolunuz kafedən düşərsə, işlənmiş batareyalar gətirib, qutuya ata və ya kafenin əməkdaşlarına təhvil verə bilərsiniz. Bununla da ətraf mühitin təmizliyinə kiçik də olsa töhvə verirsiniz. 

Ünvan: Asəf Zeynallı küçəsi 16

Əlaqə nömrələri: 012- 492-44-27/050-356-27-94

İnstaqram səhifəsi: icharishahar 

İnternet kodu: icarishahar

 "Misra" kitab evi və kafe

"Misra" 15 yanvar 2022-ci ildə fəaliyyətə başlayıb. Məkanda olduğunuz müddətdə istədiyiniz kitabı oxuya bilərsiniz. Kitablar həm də satılır. Saat 11:00-dan 22:00-a qədər fəaliyyət göstərir. 

Ünvan: Lev Tolstoy 156

Əlaqə nömrəsi: 051-355-71-84

"Book mall" kitab evi və kafe

İmza günləri, sərgilər, conversation (ingilis dilini inkişaf etdirmək üçün söhbətlər), təlimlərin təşkili mümkündür. Saat 09:30-dan 23:00-a qədər fəaliyyət göstərir. 

Ünvan: Tarqovı, 128 Əlövsət Quliyev küçəsi (Şaurma N:1 yaxınlığı) 

Əlaqə nömrəsi: 055-235-44-15

"Sahhafçı" kitab evi və kafe 

Məkana ayaqqabı ilə giriş qadağandır. Sizi 90-lara səyahət etdirəcək, ruhunuzu oxşayacaq məkandır. Saat 11:00-dan 23:00-a qədər xidmət göstərir. Həftəiçi hər gün saat 11:00 - dan 15:00-a qədər menyudan kofe sifariş edən hər kəsə kruasan hədiyyə verilir. 

Ünvan: Zərifə Əliyeva 31b, Sahil metrosu yaxınlığında, Muzey mərkəzinin arxası (keçmiş Lenin muzeyi) 

Əlaqə nömrələri: 012-493-24-37/077-347-07-17

Hazırladı: Nuran Əhmədzadə 




Paylaş
Şərh əlavə et