Bu gün:

Henri Matisse (Anri Matis) kimdir?


 Henri Matisse rənglərdən böyük ustalıqla istifadə edən Pikasso və Kandinsky ilə yanaşı, müasir sənətin ən böyük sənətkarlarından biri hesab olunur.

Matisse 1869-cu ilin son günü Fransanın şimalında anadan olub. 1887-1888-ci illərdə Parisdə hüquq təhsili alan Matisse, sonrakı il Saint Quentin-də Paralegal olaraq işə başlayıb. Eyni zamanda səhər tezdən Quentin de la Tour Məktəbində rəsm dərslərini davam etdirib. Bununla birlikdə, 1890-cı ildə keçirdiyi apandisit əməliyyatından sonra, əsasən yataqda olduğu bir dövr keçirib və bu müddət ərzində rəsm dərsləri tədricən onda ehtirasa çevrilməyə başlayıb.

Beləliklə, 1891-ci ildə hüquq karyerasını bitirdikdən sonra tamamilə rəssamlığa üz tutub və Parisə gedib, burada Julian Akademiyasında Uilyam Burjueronun sinfinə daxil olub. Eyni zamanda, qısa müddət sonra 1895-ci ildə imtahanda qalib gələrək rəsmi olaraq Moro tələbəsi olaraq dekorativ sənət məktəbinə daxil olub.

Bu dövrdə Matisse onun kimi bir sənətçi olan qonşusu Emil veri ilə birlikdə Fransanın Brittany bölgəsini ziyarət edib. Əvvəllər Gauguin kimi qabaqcıl sənətkarlara ilham verən Brittanydən qayıtdıqdan sonra Matisse təmiz prizmatik rənglərlə maraqlandı. 1897-ci ildə Lüksemburq Muzeyində impressionist kəşfi də bədii həyatında bir mərhələ olub.

1898-ci ildə dörd il əvvəl qızını dünyaya gətirən Ameli Parairlə evlənən Matisse Camilla Pissarronun tövsiyəsi ilə Turnerin rəsmlərini izləmək üçün bal ayına Londona gedib. Parisə qayıtdıqdan sonra Aralıq dənizi işığının rənglərinə yeni bir parıltı verdiyi yaz və yay ayları üçün Korsikaya köçüb.

1900-1904-cü illər arasında Dec Sezanne Mattisse üzərində müəyyən bir təsir göstərdi. Bu müddət ərzində Matisse sərgilərdə də iştirak edib: 1903-cü ildə payız salonuna (payız salonu) rəsm hədiyyə etdikdən sonra 1904-cü ildə vollar qalereyasında ilk fərdi sərgisini keçirib. Sezanne, Van Gogh, Picasso və müasir sənətin qabaqcılları sayılan bir çox sənətkarın yer aldığı vollard qalereyasındakı sərgi tanınmadan əvvəl də ən azından məhdud, lakin yenilikçi sənət mühitinə maraq oyatmalı idi.

Aralıq dənizi, Matissenin həyatı boyunca sənətini bəsləyən cazibə mərkəzi idi. Deren, Vlaminck və Marche ilə birlikdə 1905 Paris payız salonunun sərgisində iştirak edib. Bu qrup sənətkarın paralel əsərləri şiddətli bir ictimai reaksiya doğurdu və tənqidçi Louis Vauxel, yazılarında ehtiyatsız rəng seçimlərinə görə onları Fauvist (vəhşi) adlandırıb. Bu tərifi qəbul edərək özlərini Fauvist adlandıran rəssamlar rəsmlərində rəngdən əsas element kimi istifadə edir və təmiz rəngin ifadəli gücündən istifadə etməyə çalışırdılar. Tənqid obyekti Matisse və xüsusən də “şapkalı qadın” rəsm əsəri idi. İctimaiyyətin və mühafizəkar sənət dairələrinin əks reaksiyasına səbəb olan bu rəsm dövrün avanqard sənəti ilə maraqlanan Steins (Michael) tərəfindən satın alınıb.


Mənbə: Sabah 

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et