Yumurtanın yanlış saxlanma üsulu onun zərərli olmasına səbəb ola bilər. Bu səbəbdən soyuducunun qapısında yumurta saxlayanlara iki dəfə düşünmələri tövsiyə olunur.
Yumurtanın tərkibindəki protein komponenti insanların uzun müddət tox qalmasına kömək edə bilər. Əslində, yumurta gündəlik protein ehtiyacını qarşılamaqda faydalı ola bilər. Bundan əlavə, insan sağlamlığına faydalı olan yumurtanın soyuducuda səhv saxlanması müxtəlif xəstəliklərə səbəb ola bilər.
Bu səbəbdən yumurtanı soyuducuda saxlayanların daha diqqətli olması tövsiyə olunur. Çünki sözügedən səhv demək olar ki, hər kəsi məyus edə bilər. Yumurtaları, adətən, soyuducunun qapısında saxlamaq olar.
Əslində, aparılan araşdırmalar nəticəsində soyuducunun qapısında saxlanılan yumurtaların daha tez xarab olmağa başlaya biləcəyi bildirilir.
Mütəxəssislərin fikrincə, soyuducuda olan bütün qidaların qoxusu yumurtanın məsaməli quruluşuna daxil ola bilir. Bu vəziyyətin qarşısını almaq üçün yumurtanı həm sərin, həm də quru yerdə ayrıca saxlamaq məsləhətdir.
Gündəlik həyatda tez-tez istifadə edilə bilən yumurta sağlamlıq baxımından da faydalı olaraq ön plana çıxa bilər. Ancaq yumurtanın düzgün saxlanması onun xarab olmasını gecikdirə bilər.
Yumurtanın otaq temperaturunda 2 həftədən 3 həftəyə qədər saxlanıla biləcəyi deyilir. Lakin saxlama müddətinin uzun olması və təravətini qorumaq üçün soyuducunun qapaq yerinə karton qutusu ilə birlikdə soyuducunun alt hissəsinə qoyulması məsləhət görülür. Bu səbəbdən soyuducuda saxlanılan yumurtalar digər qidalardan daha az təsirlənə bilər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Xədicə Cabbarlı
