Valideyn olmaq və uşaq böyütmək çox vacib işdir. Hər bir valideyn övladı üçün ən yaxşısını istəyir: yaxşı təhsil, yaxşı mühit, keyfiyyətli geyim və yemək. Düşünür ki, bu yolla övladı gələcəkdə yaxşı işlər görəcək. Ancaq insanın yalnız bioloji varlıq olduğunu və yalnız fizioloji ehtiyaclarının ödənilməsinin onu xoşbəxt edəcəyini düşünmək yanlışdır. Siz də onun emosional və sosial inkişafına kömək etməlisiniz.
“Uğurlu valideynlik sirləri” kitabı onlarla dilə tərcümə edilmiş çox dəyərli kitabdır. Bu kitab bütün valideynlər, eləcə də nənə və babalar, hətta ətraflarında uşaqlar olan hər kəs üçün mütləq oxumalıdır.

Kitabın müəllifi Brayan Treysi deyir: "Uşağınızın təhsilinə başlamazdan əvvəl məqsədinizin nə olduğunu müəyyənləşdirməlisiniz". Müəllif bu fikirlə sizə ilk ipucu verir. Uşağınızı necə böyütməkdə məqsədiniz onun gələcək həyatını formalaşdıracaq.
Sən valideyn olmaq üçün doğulmursan, valideyn olmağı öyrənməlisən. Bu kitabda müəllif öz təcrübələrini sizinlə bölüşür, həmçinin müxtəlif araşdırmalardan bəhs edir. Bu sizə ediləcək və edilməməli olanların konkret siyahısını verir. Bu siyahıdakı məsləhətlərə əməl etməklə həm işinizi asanlaşdırmış, həm şəxsi münasibətlərinizi qorumuş, həm də özünüzə və cəmiyyətə faydalı insan yetişdirmiş olarsınız.

Müəllif deyir ki, yaxşı valideyn olmaq üçün hər zaman axtarışda olmalısan. Ancaq uşaqlar haqqında mövcud olan bütün ədəbiyyatı oxumaq üçün fiziki olaraq kifayət qədər vaxtınız olmayacaq. Bununla belə, öyrəndiklərinizi mənimsəməyi, oxumağı və təhlil etməyi dayandırmayın.
Unutmayın, uşaqlarınıza verə biləcəyiniz ən dəyərli şey sevginiz və vaxtınızdır. Çoxsaylı araşdırmaların göstərdiyi kimi, uşaqlar ən çox vaxt keçirdikləri insanları təqlid edirlər. Ona görə də övladlarınıza yaxşı vərdişlər aşılamaq istəyirsinizsə, bunu ilk növbədə özünüz tətbiq etməlisiniz.
Mənbə: Read it
Tərcümə etdi: Nuran Əhmədzadə
