Bu gün:

Luiza Heydən tövsiyələr


Bütün dünyada şəxsi inkişaf sahəsində bir çox insanlara ilham verən usta Luiza Hey- daha çox xərçəngin heç bir tibbi müdaxilə olmadan öz üsulları ilə sağaldılması, “Düşüncə gücü ilə müalicə”  adlı kitabı ilə tanınır. Gənc qalmaq və sağlam yaşamaq üçün bu qadından öyrənməli çox şey var. Sağlam və gözəl qalmaq üçün onun texnikalarını tətbiq etmək indiyə qədər eşitdiyiniz hər şeydən daha asandır. 


Əylənin, içinizdə qalmasın 

Şəxsi inkişafla maraqlananların çox yaxşı tanıdığı Luiza Hey gülüşün sizi cavanlaşdırdığına inananlardandır. Bunun mənasız olduğunu düşünə bilərsiniz, amma belə deyil. Çox gülün, rəqs edin, uşaqlar kimi əylənin... Həyəcanlananda gizlətməyin; əksinə qışqırın, gülün. Qoyun içinizdəki enerji çıxsın. Beləliklə, həm vücudunuz, həm də ruhunuz gənc və enerjili qalacaq.


Özünüzü sevin hətta aşiq olun

Sonuncu dəfə aşiq olduğunuzu təsəvvür edin. Sevgi bədənimizə sağlamlıq gətirir. Yaxşı, aşiq olduğunuz insan özünüz olsaydınız, nə olacağını təsəvvür edin! Luiza Hey “Heal Your Life” kitabında özümüzü sevməyin nə qədər vacib olduğundan danışır. Güzgüyə baxıb özümüzə deyirik: “Səni sevirəm”. Əvvəlcə çətin və ya axmaq görünsə də, zamanla vərdişə çevrilir. Bədənimizin ən sevmədiyimiz hissələrini belə sevməyə və özümüzlə barışmağa başlayırıq. Odur ki, biz güzgüyə baxıb qüsurlarımızı tapmaq əvəzinə, "Sən olduğun kimi gözəlsən, səni çox sevirəm" deyin. Həqiqətən də, özümüzü sevmək, nəticədə bizi xoşbəxt edəcək seçimlər etməyə imkan verəcək.

Stress nələrə səbəb olur? 

Tez-tez eşidirik ki, müsbət düşüncə stressi azaldır. Bununla belə, siz bilmirsiniz ki, stress B vitaminini məhv edir, fermentləri fəaliyyətsiz edir və nəticədə qocalmağa səbəb olur. Stresssiz bədən sizi daha sağlam və fit görünməyə kömək edir. Həm də qocalmanı gecikdirir.

Yaxşı qidalanın, yaxşı hiss edin

Bəli, Luiza Hey sağlam qidalanır, həm də çox sərt pəhrizlərdən qaçır. O, dərisinin gözəlliyini sümük suyuna borcludur. Qəribə səslənə bilər, lakin sümük suyu Luiza Hey üçün gözəllik iksiridir. Kollagen, minerallar və amin turşuları baxımından son dərəcə zəngin olan sümük suyu dərimizə, saçımıza, dırnaqlarımıza və bədənimizə sağlamlıq gətirir. Qırışların qarşısını almaqla yanaşı, bədənimizin qalan hissəsini də canlı saxlayır. 


Luiza Heyin sümük suyu resepti:

- 1 stəkan sümük suyu,

- 1 çay qaşığı dəniz duzu,

- 1 çay qaşığı qara bibər,

- 1 çay qaşığı sarıkök. 

Bütün inqrediyentləri qızdırın və olduğu kimi şorba və ya içkiyə əlavə edin. Sarıkök bu reseptin ən vacib maddələrindən biridir, çünki dərinizi təmizləyir. Həyatınız boyu tətbiq edə biləcəyiniz, ömrünüzü uzadan, bədəninizə və ruhunuza sağlamlıq gətirən sadə qaydalar bunlardır: Əylənin, özünüzü sevin, pozitiv olun və yaxşı qidalanın.

Mənbə: İyihisset 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et