Zəngəzur dəhlizinin mühüm hissəsi hesab olunan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur.
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikinti meydançasından havadan çəkilmiş görünüşü
24media.az “Report”un Zəngilana ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, məsələ Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında səsləndirilib.
Qeyd edilib ki, dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar da daxil olmaqla isə 140 km-ə yaxındır.
Şahin Mustafayev əlavə edib ki, hazırda layihənin icra səviyyəsi təxminən 75 % təşkil edir və əsas tikinti işləri artıq yerinə yetirilib.
Aylin Bayraməliyeva
