Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.
Ordubad rayonunda baş verən qaya uçqunu nəticəsində avtomobil yoluna dağılan qaya parçaları
24media.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, hadisə intensiv yağışlar nəticəsində baş verib.
Məlumata görə, uçqun Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.
Hadisə zamanı iri qaya parçaları yolun hərəkət hissəsinə aşıb, yol kənarındakı infrastruktura ziyan dəyib.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin açılması istiqamətində işlər davam etdirilir.
Aylin Bayraməliyeva
