Bu gün:

XİN rəhbəri: Venesuela Azərbaycanla qarşılıqlı fəaliyyəti dərinləşdirməyə hazırdır


Venesuela Azərbaycanla qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu açıqlayıb.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayevlə keçirilən görüşdə ikitərəfli gündəlik nəzərdən keçirilib və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

“İkitərəfli gündəliyi nəzərdən keçirmək və onu ölkələrimiz arasında əməkdaşlıq vəzifələri ilə uzlaşdırmaq məqsədilə Azərbaycan səfiri Ruslan Rzayevlə görüş keçirdik. Qarşılıqlı fəaliyyətə hazır olduğuna görə səfirə təşəkkür edirik və onun diplomatik və qarşılıqlı faydalı münasibətlərimizin daha da möhkəmləndirilməsinə olan sadiqliyini bölüşürük”, – deyə o vurğulayıb.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et