Bu gün:

Azərbaycan və Mərakeş parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb


Azərbaycan və Mərakeş arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addım atılıb.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.


Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə görüşüb. Görüşdə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsi müzakirə olunub.


Tərəflər ikitərəfli münasibətləri yüksək qiymətləndirib, siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdən məmnunluq ifadə ediblər. Qeyd olunub ki, parlamentlərarası əlaqələr iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu baxımdan, parlament komitələri və dostluq qrupları arasında təmasların genişləndirilməsinin vacibliyi vurğulanıb.


Həmçinin Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi kimi platformaların rolu qeyd edilib, bu çərçivədə qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.


Görüşdən sonra Azərbaycan Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb.


Spiker Sahibə Qafarova bildirib ki, sənəd parlamentlərarası institusional əməkdaşlığın genişləndirilməsinə, komitələr və dostluq qrupları arasında əlaqələrin gücləndirilməsinə, eləcə də beynəlxalq platformalarda fəaliyyətin daha səmərəli əlaqələndirilməsinə imkan verəcək.


Aylin Bayraməliyeva






Paylaş
Şərh əlavə et