Bu gün:

İsrail bir dəqiqə ərzində "Hizbullah"ın 70 infrastruktur obyektini dağıdıb


İsrail Silahlı Qüvvələri Livan ərazisində “Hizbullah” qruplaşmasına qarşı əməliyyat həyata keçirib.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu “X” sosial media şəbəkəsində məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı hərbçilər tank əleyhinə qumbaraatanlar, “Kalaşnikov” avtomatları, döyüş sursatları, qumbaralar, zenit raketi, müşahidə avadanlıqları və digər hərbi ləvazimatlar aşkar ediblər. Əlavə tədbirlər çərçivəsində silahlı şəxslər zərərsizləşdirilib.

Qeyd olunub ki, hərbçilər qısa müddət ərzində “Hizbullah”a məxsus 70 infrastruktur obyektini məhv ediblər.

Beynəlxalq agentliklərin məlumatına əsasən, İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbə nəticəsində Livanın cənubunu ölkənin digər hissəsi ilə birləşdirən körpü də dağıdılıb. Bildirilir ki, körpüdə ciddi dağıntılar yaranıb və onun bərpası mümkün deyil.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et