Dilimizin səthi papilla adlanan çoxsaylı kiçik çıxıntılarla örtülmüşdür. Papillaları yeməyin dadını təyin edən bir növ bədən sensoru kimi düşünə bilərik. Bu sensorun işləməsinə səbəb onun üzərindəki dad qönçələridir. Yeməyin ağızda parçalanması nəticəsində ayrılan kimyəvi maddələr dad qönçələri tərəfindən qəbul edilir. Yaranan siqnallar beyindəki dad mərkəzinə çatır. Yeməyin dadını belə alırıq.

Limon ağzımızda turş dad buraxarkən balın dadını şirin kimi qəbul edirik. Bəs zövqləri bu şəkildə fərqli qavramağa səbəb olan dad duyğumuz necə işləyir?
Heç dilimizin səthindəki qabarları görmüsünüzmü? Dad orqanımız olan dilimizin səthində papilla adlanan kiçik çıxıntılar var. Papillada dad qönçələri var. Dad qönçələrində kemoreseptorlar adlanan xüsusi həssas hüceyrələr var. Bu reseptorlar dadları qavramağa imkan verir. İnsanlarda beş növ dad hissi var: şirin, duzlu, acı, turş və umami. Beşinci və ən son kəşf edilən dad hissi olan umami "dadlı" deməkdir. Zülalları təşkil edən amin turşularının duyğu siqnalları ilə yaranan umami dadı olan qidalara göbələk, pomidor və pendir daxildir. Dadın hiss oluna bilməsi üçün yediyimiz yeməyin molekulları ağzı örtən selikdə əriməlidir. Həll nəticəsində ayrılan kimyəvi maddələr kimyəvi reseptorları stimullaşdırır və stimullaşdırılan reseptorlarda elektrik və kimyəvi dəyişikliklər baş verir. Yaranan siqnallar beyin qabığında yerləşən dad mərkəzinə ötürülür. Beləliklə, yeməyin dadı qəbul edilir. Dilin müəyyən nahiyələrinin müəyyən dad qavrayışlarına cavabdeh olduğu məsələn, dilin arxa hissəsinin acı dadları, ön hissəsinin şirin dadı, ön kənarlarını duzlu, arxa kənarlarını isə turş dadları qəbul etdiyinə dair məlumatlar yanlışdır. Əslində, dad qönçələrinin hər birində müxtəlif reseptor hüceyrələr bir arada mövcuddur və hər biri beş zövqün hamısını aşkar edə bilir. Yeməyin dadını qavrayışımız dad və qoxu hisslərinin bir-birini dəstəkləməsi nəticəsində formalaşır. Bu səbəbdən sinüzit, qrip, soyuqdəymə kimi səbəblərdən qoxu duyğumuzda azalma olduğu zaman bu dad duyğumuza da mənfi təsir göstərir. Həddindən artıq soyuq və ya isti yeməklər dəfələrlə qəbul edildikdə dad hissi də zədələnə bilər.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
