Bu gün:

“Sevilən rəngləmələr küllü tonlar, çalarlar üzərindədir”


24media.az-ın "1 sual və 1 cavab" rubrikasının budəfəki qonağı FaceUp Beauty Academydə Hair Master, High Life Fashion Model Academydə Manken və model, Best Model of Azerbaycanda Best Physique-2018" Zeyn Xalilovdur. O, Azərbaycan xanımlarının, əsasən, hansı saç düzümünlərinə üstünlük verməsindən danışıb.

-Azərbaycan xanımları, əsasən, hansı saç düzümlərinə üstünlük verirlər?

Azərbaycan xanımları gündəlik həyatda, demək olar ki, ilin dəbiylə getməyi sevmirlər. Özlərinə yaraşanı axtarırlar, amma ən əsas ölkəmizdə sevilən rəngləmələr küllu tonlar, çalarlar üzərindədir. Qafqaz saçları qırmızı, narıncı piqmentasiyadadı və bunu da xanımlarımız özlərində bəyənmir, ona görə də tam əks rənglərdə özlərini rahat ve gözəl hiss edirlər. Xanımların çoxu, qətiyyən, isti rənglər istəmirlər, soyuq tonlar istəyirlər. Məncə, hər xanım öz dəri rənginə, üz cizgilərinə uygun seçim etsə, daha yaxşı olar. Kəsim olaraq da illərdi heç vaxt trenddən düşməyən havalı kəsimlər bu il də xanımların ən sevimli kəsimidir. Bu kəsimi müxtəlif cür adlandırırlar məsələn, italyanka, kaskad, rvanka, lesinka, wolf cut və.s Ümumilikdə, bu kəsimin önümüzdəki bir neçə ildə də dəbdən düşülməsi gözlənilmir.

Samirə Kərimli

Paylaş
Şərh əlavə et