İngiltərə Premyer Liqasında mövsümün ən böyük məyusluqlarından biri kimi çıxış edən Tottenhem Hotspur turnir cədvəlində ciddi geriləmə yaşayıb və aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzə qalıb.
Tottenhem futbolçuları baş verən uǧursuzluqlardan sonra məyusluq yaşayır.
24media.az sporx.com-a istinadən bildirir ki, “Böyük Altılıq”ın üzvlərindən sayılan Tottenham Hotspur bu mövsüm gözləntilərin xeyli altında çıxış edib. Bir vaxtlar UEFA Çempionlar Liqasının finalına yüksələn və ötən mövsüm UEFA Avropa Liqasının qalibi olan London təmsilçisi hazırda aşağı liqaya düşmək təhlükəsi yaşayır.
Komandada baş məşqçi dəyişikliyi də vəziyyəti yaxşılaşdırmayıb. Thomas Frank ilə yollar ayrıldıqdan sonra kollektiv bir müddət Igor Tudorə həvalə edilib, daha sonra isə Roberto De Zerbi ilə də arzulanan nəticələr əldə olunmayıb.
Son turda Sunderland AFC səfərində 0:1 hesablı məğlubiyyət alan Tottenham Hotspur liqadakı qələbəsizlik seriyasını 14 oyuna çatdırıb.
Bu göstərici klub tarixində son 91 ilin ən pis nəticələrindən biri kimi qeydə alınıb. Komanda sonuncu dəfə bu qədər uğursuz seriyanı 1934/35 mövsümündə yaşayıb və həmin mövsüm aşağı liqaya düşüb.
Hazırda 32 turdan sonra 30 xalı olan Tottenham Hotspur turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və birbaşa aşağı liqaya düşmə zonasındadır. Mövsümün sonuna 6 tur qalmış vəziyyət komanda üçün olduqca kritik hesab olunur.
Jamie Carragher mövcud durumla bağlı kəskin fikirlər səsləndirib:
“Mən buna inana bilmirəm! Sizcə, “Tottenhem” həqiqətən aşağı liqaya düşəcək? Liqada qalmaq uğrunda mübarizə aparan komandaların müəyyən üstünlükləri olur, amma onlar çox pis vəziyyətdədirlər”.
O əlavə edib ki, hazırda “Tottenhem” Premyer Liqadakı bütün komandalar üçün rahat rəqibə çevrilib və komandanın yaxın oyunlarda da qələbə qazanacağına inam azdır.
Bu gedişat davam edərsə, London klubunun növbəti mövsümü aşağı liqada keçirməsi real ssenari kimi qiymətləndirilir.
Ömər Cəfərov
