Kərəm Aktürkoğlu “Fənərbaxça”nın qol yükünü çiynində daşıyır. Milli futbolçu “Fənərbaxça” nın səfərdə “Zekorner kayserispor”u 4-0 hesabı ilə məğlub etdiyi oyunda bu mövsümdəki 20-ci qol töhfəsini verib.

Fənərbaxça”nın hücum xəttinin dəyişməz oyunçularından olan Kərəm Aktürkoğlu göstərdiyi oyunla diqqət çəkir. Mövsümün əvvəlində komandaya qoşulan milli futbolçu mühüm statistik göstəricilərə imza atıb.
27 yaşlı oyunçu bu mövsümdə 20-ci qol töhfəsini edib. “Zekorner Kayserispor”la oyunda Anderson Taliscanın vurduğu 2-ci qolun ötürməsini edən Kərəm Aktürkoğlu bununla da mövsümdəki 8-ci assistini edib. Təcrübəli futbolçu 12 dəfə də rəqib qapısına yol tapıb. Kərəm Aktürkoğlu ardıcıl 5 mövsümdə ən azı 20 qol töhfəsi vermiş olub.
Milli futbolçu vurduğu qollarla yanaşı ön sahədə təzyiqi ilə də baş məşqçinin üzünü güldürür. Təcrübəli hücumçu liqada hər oyunda rəqib cərimə meydançasında 3,10 dəfə topla görüşür.
38 oyunda forma geyinən Kərəm Aktürkoğlu bu qarşılaşmaların 33-də start heyətində yer alıb. 27 yaşlı futbolçu 2 min 941 dəqiqə meydanda olub. Hər oyunda orta hesabla 64 dəqiqə oynayan milli futbolçu, hər oyunda 1 açar ötürmə ilə komanda yoldaşlarına qol imkanı yaradır.
O, həm də müdafiəyə verdiyi töhfə ilə də seçilir. Milli futbolçu liqada hər oyunda 2,38 dəfə top qazanır. Yüzdə 75 uğurlu müdaxilə faizi ilə oynayan 27 yaşlı futbolçu müdafiədə də komandaya kömək edir.
Qeyd edək ki, Kərəm Aktürkoğlunun “Fənərbaxça” ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
