Şəkər təkcə çayınızı deyil, həyatınızı da şirinləşdirəcək. Şəkərlə edə biləcəyiniz müxtəlif şeylər var.
Yaraları sağaldır

Araşdırmalara görə, zədələnmiş nahiyəyə şəkərin vurulması antibiotiklər və digər üsullar nəticə vermədikdə belə sağalmanı asanlaşdırır.
Dodaqlarınızı fırçalayın

Barmağınızı əvvəlcə suya, sonra dənəvər şəkərə batırın. Dodaqlarınızı dairəvi hərəkətlərlə yumşaq bir şəkildə masaj edin. Dodaqlarınız daim qurudursa, bu üsul sizin xilaskarınız olacaq.
Üzünüzə ideal qulluq edin

Bir xörək qaşığı şəkər, bir xörək qaşığı düyü unu və bir xörək qaşığı südü qarışdırın. Üzünüzü yuduqdan sonra qarışığı masaj edərək tətbiq edin və beş dəqiqə sürtün. Qarışıq üzünüzdə quruduqdan sonra üzünüzü soyuq su ilə yuyun. Bu maska üzünüzü həm təmiz, həm də hamar edəcək.
Bədən baxımı üçün mükəmməldir

Üç yemək qaşığı zeytun yağı və dörd yemək qaşığı şəkəri qarışdırın. Qarışığı bədəninizə masaj edin. Sonra isti su ilə yuyun. Qatı şəkər hissəcikləri mayedə həll olacaq və dərinizi çox yumşaq təmizləyəcək. Bu üsul çox asandır.
Şirniyyatın ömrünü uzadır
Peçenyelərinizin ömrünü uzatmaq üçün onları saxladığınız qaba iki şəkər kubu qoyun.
Ayaqların altını yumşaldır

Nanə yağını şəkərlə qarışdırın və qarışığı ayaqlarınızın altına sürtün. Bu qarışıq ayaqları aşındırmaq üçün mükəmməldir. Şəkər ayağınızdakı ölü dərini təmizləyir, nanə yağı nəmləndirir və yumşaldır.
Ləkə təmizləyir

Şəkər ləkəni çıxarmağa kömək edir. Ləkənin üzərinə səpin və 40-60 dəqiqə gözləyin. Nəticəni bəyənəcəksiniz.
Çiçəklərin ömrünü uzadır

Üç xörək qaşığı dənəvər şəkər və üç xörək qaşığı sirkə qarışdırın. Çiçəklərinizlə birlikdə vazanın suyuna əlavə edin. Şəkər köklər üçün faydalı olsa da, sirkə bakteriyaların əmələ gəlməsinin qarşısını alır.
Həşərat dişləmələrinə faydalıdır

Arı sancdıqdan sonra zədələnmiş nahiyəni şəkərlə masaj edin. Bu üsul həm şişkinliyin qarşısını alacaq, həm də zəhəri çəkəcək.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
