İspaniya La Liqasının 31-ci turunda "FC Barcelona" şəhər derbisində "RCD Espanyol" üzərində vacib qələbə qazanıb və çempionluq yarışında üstünlüyünü daha da artırıb.
Lamine Yamal və Ferran Torres vurulan qolu bu cür qeyd ediblər
24media.az "sporx.com"-a istinadən bildirir ki, “Kam Nou” stadionunda keçirilən qarşılaşma yüksək temp və gərgin mübarizə şəraitində keçib. "FC Barcelona" oyuna fəal başlayıb və erkən dəqiqələrdə hesabda üstünlük qazanıb.
9 və 25-ci dəqiqələrdə Ferran Torres rəqib qapısına yol taparaq dubl edib. Hər iki epizodda gənc istedad Lamine Yamal məhsuldar ötürmə ilə yadda qalıb.
Qarşılaşmanın 56-cı dəqiqəsində Pol Lozano fərqlənərək hesab arasındakı fərqi azaldıb. Oyunun sonlarına yaxın isə 87-ci dəqiqədə Lamine Yamal və 89-cu dəqiqədə Marcus Rashford fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 4:1.
18 yaşlı Lamine Yamal La Liqa tarixində 100 oyuna ən erkən çatan futbolçu kimi tarixə düşüb. Gənc vinger cari mövsümdə 27 liqa matçında 15 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bu turda Real Madrid CF-in Girona FC ilə xal itirdiyi həftədə qələbə qazanan FC Barcelona xallarını 79-a yüksəldib və əzəli rəqibi ilə fərqi 9 xala çatdırıb.
"RCD Espanyol" isə 38 xalla turnir cədvəlində mövqeyini dəyişməyib.
Növbəti turda "FC Barcelona" öz meydanında Celta Vigo ilə üz-üzə gələcək.
"RCD Espanyol" isə səfərdə Rayo Vallecano ilə qarşılaşacaq.
Bu qələbə “Barselona”-nın mövsümün sonuna doğru çempionluq yolunda inamlı addımlarla irəlilədiyini bir daha təsdiqləyib.
Ömər Cəfərov
