Bu gün:

Evdə ayaq qulluğunu necə etmək olar?


Bütün gün ayaqqabıda olan ayaqlarımız gün ərzində dəfələrlə zərbələrə məruz qalır. Ayaqda müxtəlif dırnaq və ayaq problemləri yaranır. Buna görə də onların qulluğunda durmaq lazımdır.

Şəxsi gigiyenanın ən vaciblərindən olan ayaq baxımı, əslində, göründüyü qədər çətin deyil. Evdə sadə qulluq salondan çıxmış kimi rahat və qüsursuz görüntü yarada bilər. Bunun üçün bəzi texnikalar var:

Ayaqlarınızı isti, sabunlu su ilə yuyun. Bunu etdikdən sonra soyuq su ilə yuyun. Ayaq barmaqları da daxil olmaqla ayaqlarınızın bütün hissələrini dəsmal ilə qurudun. Sonra nəmləndirici krem çəkə bilərsiniz.

Ayaq dırnaqlarınızı düz deyil, yuvarlaq şəkildə kəsməyə çalışın. 

Ayaqlarınızı pemza daşı ilə masaj edin. Pemza daşı masaj edərək tətbiq olunduqda kallusların görünüşünü yox edir. Ayaqlarınızı təmizləməyə kömək edir. Ölü dərinin çıxarılmasına və dərinin rahat nəfəs almasına imkan verir. Bu tətbiqlərdən sonra ayaqlarınızı bir müddət isti suda saxlamaq dərinizi yumşaldacaq.

Ayağı biləkdən dizə qədər masaj edin. Bu masaj qan dövranınızı tənzimləyir, ayaqlardakı şişlik və ağrıları aradan qaldırır.

Yatmazdan əvvəl ayaqlarınıza çəkəcəyiniz nəmləndiricilərə diqqət etməlisiniz. Ayaq barmaqlarının arasına nəmləndirici çəkməyin, çünki bu nəm yerlərdə göbələk yarana bilər.

Yatmazdan əvvəl ayaqlarınıza ağır krem çəkib pambıq corablar geyinin. Yuxudan duranda ayaqlarınızın pambıq kimi yumşaq olduğunu görəcəksiniz.

Ayaqlar qurudursa, hər gün losyonla masaj etmək olar. Ancaq losyonu ayaq barmaqlarının arasına sürtməyin.

Ayağınızı quru saxlayan təmiz corablar geyinin. Çox tərlədiyiniz zaman tez-tez dəyişdirin.

Bir neçə cüt ayaqqabı alın. Nəmliyi azaltmaq üçün ayaqqabı və corablarınızı mütəmadi olaraq dəyişdirin.

Dəri və ya kətan ayaqqabı seçin.

Qarğıdalı nişastası olan toz deyil, talk tərkibli ayaq tozundan istifadə edin.

Problem davam edərsə mütləq podiatristə müraciət edin.

Şəkərli diabetiniz varsa, ən azı ildə bir dəfə ayaq baxımı üçün podiatristə müraciət etməlisiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et