Bu gün:

Sabundan fərqli istifadə üsulları


Evinizdəki bir çox problemi sabunla həll edə biləcəyinizi bilirdinizmi?

Sabun təmizlik üçün vacibdir. Lakin sabunun bilmədiyimiz başqa istifadə üsulları da var.

Hamamda sabun tez-tez  əlinizdən düşürsə...

Əgər vanna qəbul edərkən sabunu daim yerə atırsınızsa, bu problemi maqnitlə həll edə bilərsiniz. Sabunun ortasında maqnit yerləşə bildiyi qədər deşik açın və içəri qoyun. İndi hamam zamanı sabunu klapanla düzəldə və düşməsinin qarşısını ala bilərsiniz.

Şüşə qırıqları üçün...

Sabun qırıq şüşələri təmizləmək üçün mükəmməldir. Bir stəkanı sındırdıqda böyük parçaları götürmək asandır. Lakin həddindən artıq xırda şüşələri görmürük. Bu vəziyyətdə döşəmədəki kiçik şüşə parçalarını sabunla təmizləyə bilərsiniz. Sabunu şüşə parçaları üzərində yumşaq bir şəkildə hərəkət etdirin və bütün şüşə parçalarının sabuna yapışdığını görəcəksiniz.

Qapı cırıltıları üçün...

Sabun təkcə təmizlikdə deyil, həm də qapı cırıltılarında da köməyinizə gəlir. Xırıltılı qapınızı sabunla ovuşdurun. Sabunun yayılması üçün bir neçə dəfə açıb bağlayın.

Ev bitkilərini qorumaq üçün...

Sabun bitkilərinizdəki zərərli bakteriyaları təmizləyir. Bikilərinizin daha uzun yaşamasını təmin edir. Üzvi materiallardan hazırlanmış sabunla bitkilərinizi çox daha sağlam edə bilərsiniz. 1 litr suya bir xörək qaşığı maye sabun və bir qaşıq zeytun yağı əlavə edin. Bu qarışığı bir çiləyici ilə bitkilərinizə müntəzəm olaraq püskürtün.

Hamamın güzgüsünü buxardan qorumaq üçün...

Bir sabun çubuğu götürün və diqqətlə bütün güzgüyə sürtün. Güzgü tamamilə sabunla örtüldükdən sonra təmiz olana qədər parça və ya pambıqla ovuşdurun.

Paltarınızın qoxusunun qarşısını almaq üçün...

Sevdiyiniz ətirli sabunu qarderobunuza qoysanız, bir müddət sonra paltarınızdan həmin ətir gələcək. Sabunu paltarların arasına qoymağa diqqət edin.

Eynəklərin dumanlanmasının qarşısını almaq üçün...

Eynəklərinizi parıldatmaq və dumanlanmasının qarşısını almaq istəyirsinizsə, sabundan istifadə edə bilərsiniz. Eynəklərinizi isti su ilə isladın. Sonra eynək linzalarının hər iki tərəfini sabunla yumşaq bir şəkildə ovuşdurun. Mikrofiber parça ilə təmizləyin.

Divardakı xırda deşikləri doldurmaq üçün...

Xırda dəlikləri sabunla ovuşdurun.Sonra deşikdən kənarda qalan sabunu bir parça ilə çıxarın.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş