Hər kəsin səliqəli və dəbli qarderoba sahib olmaq hüququ var. Paltarlarınızı diqqətli çeşidləməklə istədiyiniz geyimi rahatlıqla tapa bilərsiniz. Bunun üçün bəzi fəndlər köməyinizə gələcək.
Demək olar ki, hər bir qadın “geyinməyə heç nəyim yoxdur” deyir. Yerin azlığı, paltarların dağınıq düzülüşü bizə lazım olan paltarı tapmaqda çətinlik yaradır. Müxtəlif addımlarla artıq geyinməyə bir şey tapa bilərik.
İstifadə etmədiyiniz paltarlarınızla vidalaşın
Qarderobu çeşidləmədən öncə içərisini təmizləməyə başlayın. Uzun müddət geyinmədiyiniz paltarları ayırın.
Aşınmış, deformasiyaya uğramış paltarları ayırın
İstifadə etmədiyiniz nostalji paltarları atmaq istəmirsinizsə, onu fərqli bir şəkildə qiymətləndirə bilərsiniz.

Paltarlarınızı çeşidləyin
•Paltarları rahat tapmaq üçün yay və qış geyimlərinə bölün. Daha sonra rənginə görə ayırın. Sevdiyiniz geyimləri sizə rahat bir yerə qoyun ki, istədiyiniz zaman götürə biləsiniz.
•İstifadə etmədiyiniz geyimləri nağd pula çevirə bilərsiniz. Paltarlarınızı onlayn sata bilərsiniz.
•Paltarlarınızı ehtiyacı olanlara bağışlaya bilərsiniz.
• Düzəlişə ehtiyacı olan paltarlarınızı ayrı yerdə saxlayın. Bu şəkildə şkafınız daha səliqəli görünəcək.
Paltarlarınızı nizamlı şəkildə düzmək üçün...
•Adi bir qarderobun təməl daşı asılqanlardır. Dolabınızda kifayət qədər yer yoxdursa, paltar asılqanları kiçik olmalıdır. Paltarlarınızın hər biri üçün ayrıca asılqan almağa diqqət edin. Bunun sayəsində paltarlarınız gözlərinizə daha xoş görünəcək.
•Dolabın daxili hissəsinə kiçik qutular yerləşdirmək sizə kömək edə bilər. Paltarlarınız üçün xüsusi aksesuarlarınızı kiçik qutuda saxlaya bilərsiniz.
•Dolabı daha səliqəli etmək üçün hazır bölgüləri olan çəkməcə içləri mövcuddur. Bura, xüsusilə, alt paltarı, corab kimi daim dağınıq olan kiçik paltarlarınızı rahatlıqla yığa bilərsiniz.
Ayaqqabılarınızı ölçüyə görə çeşidləyin
Ayaqqabıları ölçülərə və fəsillərə görə bölmək işinizi asanlaşdıracaq. Ayaqqabılarınızı saxlamaq üçün kifayət qədər yeriniz yoxdursa, rəngarəng ayaqqabı saxlama qutularından istifadə edə bilərsiniz. Arzu etsəniz, ayaqqabı qutularının üzərinə ad yaza bilərsiniz.
Aksessuarlar
Aksessuarlar geyimin vazkeçilməz hissələri arasındadır. Stilinizi qəşəng bir şəkildə tamamlamaq üçün aksessuarları asan, əlçatan yerdə saxlamaq lazımdır. Hər bir aksessuarınızı kiçik qutulara qoyaraq saxlaya bilərsiniz. Vaxta qənaət etmək üçün onları paltarlara birləşdirərək asa bilərsiniz.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
