Bu gün:

Ətirşah gülü necə çoxaldılır?


Ətirşah asan baxımlı və rəngli çiçəkləri ilə tanınan məşhur bir bitkidir.  

Ətirşah Pelargonium cinsinə aid bir bitkidir və xüsusilə, Aralıq dənizi iqlimi olan bölgələrdə tez-tez rast gəlinir.  Gözoxşayan rəngləri və xoş qoxuları ilə tanınan ətirşah asan qulluq edilə bildiyi  üçün bir çox bağların və eyvanların vazkeçilməzidir. Çoxalmağı da olduqca sadədir. 

Ətirşah  necə bir  çiçəkdir?

Yarpaqları, adətən, ürək şəklindədir və çiçəkləri ağ, çəhrayı, qırmızı və bənövşəyi rənglərə qədər müxtəlif rənglərdə ola bilər.  Ətirşah bitkisi, adətən, yayda bol çiçək açır və düzgün qayğı ilə onlar bu çiçəklənməni il boyu saxlaya bilərlər.

Ətirşah necə çoxaldılır?

Ətirşah rəngarəng çiçəkləri və özünəməxsus qoxusu ilə çoxlarının heyran qaldığı çiçəklərdən biridir. Ətirşah çiçəyinin necə çoxaldılması sualı, bu gözəl və davamlı çiçəklə bağlarını və ya balkonlarını bəzəmək istəyənləri maraqlandıran bir mövzudur. Ətirşah çiçəyi bir neçə fərqli üsulla yayıla bilər:

1. Çəliklə çoxaltma

2. Toxumla çoxaltma

Çəliklə çoxaltmaq: Çəlik ətirşah çiçəyinin çoxaldılması üçün ən sürətli və ən təsirli üsuldur. Çəlik bitkinin bir budağını kəsərək yerə əkməklə əldə edilir. Kəsim yaxşı qurudulmuş torpaq qarışığına əkilir və bir neçə həftə ərzində kök alır.

 Sağlam ətirşah bitkisindən 10-15 sm uzunluğunda bir budaq kəsin.  Kəsmə yarpaq cütünün bir az altında aparılmalıdır.

 Yarpaqların çoxunu çıxarın, ancaq kəsimin yuxarı hissəsində bir neçə yarpaq buraxın.

 Kəsimin bir neçə saat qurumasına icazə verin. Bu, kəsimin çürüməsinin qarşısını alır.

 Kəsimləri  torpaqla doldurulmuş bir qaba əkin. Toxumlama torpağı və ya perlit kimi yüngül, yaxşı drenaj edilmiş  torpaq ən yaxşısıdır.

 Torpağı sulayın və kəsimi  işıqlı bir yerə qoyun.

 Köklərin inkişafını gözləyin.  Bu, adətən, bir neçə həftə çəkir.

Toxumla çoxaltmaq: Ətirşah çiçəyinin yayılmasının başqa bir yolu toxumdur.  Bununla belə, bu üsul çəlikdən daha çox vaxt tələb edə bilər.  Toxumlar sərin, qaranlıq yerdə saxlanılır və yazın əvvəlində əkilir.

Mənbə: Haber türk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et