Bu gün:

İran Hörmüz boğazını açıb


İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada Hörmüz boğazını gəmiçilik üçün açdığını bildirib. O, tədbirin iki həftə davam edəcəyini deyib. Həmçinin boğazdan keçən gəmilərin hərəkətlərini ölkə ordusu ilə əlaqələndirməli olduğunu vurğulayıb.

Abbas Arakçi

24media.az News.ru saytına istinadən xəbər verir ki, iki həftə ərzində İran silahlı qüvvələri ilə koordinasiya yolu və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq.

İranın xarici işlər naziri daha əvvəl bildirib ki, Tehran və müxalifləri arasında atəşkəs razılaşmasından sonra iki həftə ərzində Hörmüz boğazında təhlükəsiz naviqasiya bərpa olunacaq. O, həmçinin bu prosesin ölkənin silahlı qüvvələri ilə sıx əlaqələndirmə şəraitində həyata keçiriləcəyini vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ prezidenti Donald Trampın danışıqlar üçün əsas yarada biləcək 10 bəndlik planı müzakirə etmək barədə razılığı Tehran üçün uğurlu hesab edilə bilər. 

Əli Balayev 

Paylaş
Şərh əlavə et